Əsas Səhifə > Manşet, Sosial > Bakını bürüyən pis qoxunun GÜNAHKARI TAPILDI

Bakını bürüyən pis qoxunun GÜNAHKARI TAPILDI


Dünən, 09:14
Bakını bürüyən pis qoxunun GÜNAHKARI TAPILDI
"Oktyabrın sonu-noyabrın əvvəli şəhəri qaz iyi bürümüşdü. Milli Ekologiya Proqnozlaşdırma Mərkəzi bəyanat vermişdi ki, guya qanunsuz zibilliklərlə bağlıdır". "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə tanınmış hüquqşünas Əkrəm Həsənov çıxış edib.
O daha sonra bir ay əvvəl ictimai rezonansa səbəb olan olayla bağlı ilginc açıqlamalı ilə də diqqətə gəlib. Ə.Həsənov bildirib: "Lakin müraciətimizə rəsmi cavabdan görünür ki, problem SOCAR-ın qurğularının yuyulması ilə bağlı olub. Cavabın sonunda vurğulanır ki, havaya atılmış “zərərli qaz qarışıqlarının miqdarı ətraf mühit üçün yol verilən qatılıq həddi daxilində” olmuşdur. Həmin yol verilən hədd nədir? Həmin qoxudan durmaq olmurdusa, bu necə yol verilən həddir axı? Bununla bağlı niyə əvvəlcədən xəbərdarlıq verilməmişdi? Bu işləri niyə vaxtında tədricən etməmişdilər ki, nəticədə belə hal yaranmışdı? Elə COP29 qabağı yadlarına düşdü? Sual çoxdur! Məlum olan isə odur ki, SOCAR nəinki ölkənin iqtisadi cəhətdən ən səmərəsiz qurumudur, həm də ən böyük zərərvericidir. Neft gəlirlərinin çoxu xalqa çatmadı, amma neftin zəhərinin çoxunu xalq udur..."

Bakını bürüyən pis qoxunun GÜNAHKARI TAPILDI

Geri qayıt