Əsas Səhifə > Manşet, Ölkə > "Əməliyat etdirməyə gücümüz çatmır..."
"Əməliyat etdirməyə gücümüz çatmır..."Dünən, 13:19 |
"Mən Əzizova Afayyət İlyas qızı 14 sentyabr 1960-cı İldə Ağdaş rayonu Hapıtlı kəndində anadan olmuşam". Bu ifadələr Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanlanmış müraciətdə yer alıb. Bir nüsxəsi də "DİA-AZ"ay daxil olan müraciətdə deyilir: "2000-ci ildən hər iki ayağımda qığırdaq yeyilməsindən əziyyət çəkirəm. Ağdaş rayonunda, Mingəçevir şəhərində, Bakı şəhərində Travmatologiya Institunda , Oksigen klinikasında , Tədris Cərrahiyə Klinikasında zamanla müalicə alsam da, heç bir xeyri olmurdu. Demək olar ki. 2015-ci ildən yeriməm tam məhdudlaşdıģi űcűn yataq xəstəsi oldum. Həkimlərin məsləhət ilə hər iki dizimin endopratez qoyulmasını təklif edirdilər. 2016-cı ildə qohumlarımızın maddi köməkliyi və öz büdcəmizlə Bakı şəhərində Xəzər klinikasında sağ ayağım diz endopratezləşmə əməliyati olundum. Yeriməm bərpa olundu. ağrilarim azaldı. Son iki ildə təkrar ağrilarim çoxalıb. Bakı səhərində 3 həkimin qəbulunda oldum. Hər 3 həkimin rəyi o oldu ki , 2016-cı ildə qoyulan protez çöküb, təcili yeni protezlə əvəz olunmalıdır. Yeni ediləcək protez və əməliyatın qiyməti isə 14000 manatdır və İcbari tibbi sığorta ilə etdirmək isdəsəkde bildirildi ki , sizin dizinizin protezi ikinci dəfə qoyulduğu üçün fərqli protez istifadə olunacaq. onu isə İcbari tibbi sığorta dəstəkləmir. Bizim isə 14000 AZN ödəniş edib əməliyat etdirməyə gücümüz catmır. Ailəmiz 2 nəfərdən ibarətdir yoldaşım və mən. Hər ikimiz teqaùdcùyùk. Sizdən xahişim mənim əməliyyatıma maddi köməklik gőstərməyinizi, məni yataq xəstəsi olmaqdan xilas edəsiniz Öncədən təşəkkür edirəm". Geri qayıt |