Əsas Səhifə > Manşet, Hadisə > Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə...
Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə...Bu gün, 11:20 |
Ağdaş rayon Dəhnəxəlil kənd sakini Məhərrəmov Elşən Feruz oğlu yerli məmurların özbaşınalıqlarından, habelə edilən müraciətləri, gileyləri qulaqardına vurmalarından şikayətçidir. "DİA-AZ" vasitəsilə ölkə rəhbərliyinə müraciət edən narazı vətəndaş yazır: "3 oğul 1 qız atasıyam. Oğlanlarımın 2-sinə kəndimizin bələdiyyəsinin gələcək nəsil ehtiyat fondunan 1 uşağa 0.12 ha torpaq sahəsi olmaqla, 2 uşağa görə 0.24.ha torpaq sahəsinda fərdi ev tikdirmək üçün etdiyim müraciətlər rəsmən qulaqardına vurulur. Təsəvvür edin, 2012-ci ildən bəri rəsmi qaydada rayonumuzun kecmiş icra başcısına, icra başçısının aidiyyatı üzrə müavininə, həmçinin keçmiş bələdiyyə sədrinə belə, eyni zamanda indiki rayon rəhbərliyinə müraciətlər etməyimə baxmayaraq mənə qanunsuz olaraq rədd cavabı verilir. Halbuki adi telefon zəngi ilə 5 hektardan artıq torpaq sahəsi qanunsuz olaraq istismara verilib..." Qeyd edək ki, Ağdaş sakininin müraciətində bəzi sənədlər də yer alıb. Müəyyən araşdırmadan sonra müraciətin daha geniş mətnini təqdim edəcəyik. Dəhnəxəlil kənd sakini Məhərrəmov Elşən Feruz oğlu müraciətinin sonunda ölkə rəhbərliyinə xitab edərək köməklik göstərilməsini xahiş edir. Geri qayıt |