Əsas Səhifə > Manşet, Güney Press > AzGerneft işçilərinin taleyi SUAL ALTINDA...

AzGerneft işçilərinin taleyi SUAL ALTINDA...


Bu gün, 14:53
AzGerneft işçilərinin taleyi SUAL ALTINDA...
AzGerneft MMC-nin taleyi, daha doğrusu burada çalışan işçiırin aqibəti sual atlındadır. "DİA-AZ" xəbər verir ki, bu barədə həyəcan təbili çalan Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin (NHMT) sədri Mirvari Qəhrəmanlı sözügedən problemin nədənləri və mahiyyəti ilə bağlı da izahat verib.
Tanınmış hüquq müdafiəçisi bildirir: "AzGerneft MMC 1994-cü ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və Almaniyanın “Qrunevald İnterneyşnl Ltd.” şirkəti arasında imzalanmış sazişə uyğun olaraq yaradılmışdır. Təsis Müqaviləsinə əsasən, müəssisənin Nizamnamə kapitalında təsisçilərin iştirak payları aşağıdakı kimi olmuşdur:
ARDNŞ–40%
Qrunevald İnterneyşnl Ltd.– 60%.
2008-ci ildə “Qrunevald İnterneyşnl Ltd.” şirkəti, SOCAR-ın razılığı əsasında, öz iştirak payının 30%-ini təmənnasız olaraq, Almaniyanın “GI & EM Import-Export GmbH” şirkətinə köçürmüşdür. Beləliklə, təsisçilərin iştirak payları aşağıdakı kimi olmuşdur:
ARDNŞ – 40%
Qrunevald İnterneyşnl Ltd. – 30%
GI & EM Import-Export GmbH – 30%.
19 dekabr 2019-cu ildə müqavilənin müddəti bitmiş, SOCAR və Union Grand Energy PTE Ltd. arasında AzGerneft MMC-nin yaradılması haqqında 07.07.1994-cü il tarixli Müqavilə 5 il müddətinə uzadılmışdır
Aldığım məlumata görə SOCAR Union Grand Energy PTE Ltd. arasında olan mövcud müqavilənin müddətini uzatmaq istəmir.
Hal hazırda gedən proses işçilərin əmək haqqının verilməsində ciddi problem yaradıb.
Tərəfdaşlar:
Balaxanı Oyl ƏŞ, Suraxanı Oyl ƏŞ, SOCAR və Union Grand Energy
Qeyd edim li, Suraxanı Oyl ƏŞ neft hasilatı aşağı düşüb..."

Geri qayıt