Əsas Səhifə > Manşet, Cəmiyyət > `Azəriqaz`da yeni ixtisarlar gözlənilir...
`Azəriqaz`da yeni ixtisarlar gözlənilir...Bu gün, 10:29 |
"Son zamanlar "Azəriqaz" İstehsalat Birliyinin "104" və "185" qaynar xəttinə düşmək müşkül məsələyə çevrilib". "DİA-AZ" bildirir ki, bunu öz açıqlamasında qeyd edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı onların təşkilatına bu barədə məlumat daxil olduğunu və yeni ixtisarların olacağını da söyləyib. O daha sonra davam edir: "Hər hansı bir qəza halı ilə bağlı edilən zəng , sizin siradakı növbəniz pik vaxtlarda bəzən 50, 60 rəqəmləri deyilərək gözlətdirmək vətəndaşların əsəb sisteminə təsir etməkdən başqa bir şey deyil. Əslində bunun əsaslı izahı Azəriqaz İB-də yaxın zamanlarda baş tutacaq struktur dəyişikliyində Regionlarda (yəni rayonlarda) fəaliyyət göstərən 104 xidmətinin ləğvi ilə əlaqəlidir. Hal hazırda rayonlarımızdan edilən bütün zənglər Azəriqaz İB Mərkəzi Dispetçer xidmətindən cavablandırılır. Qeyd edim ki, Yeni strukturun startı ilə əlaqəli, 01.12.2024-cü il tarixindən 54 rayon üzrə 13, Sumqayıt şəhəri də daxil olmaqla Bakı rayonlarında fəaliyyət göstərən 104 cağrı mərkəzləri ləğv edilib .300 -dən artıq 104 cağrı mərkəzlərində uzun müddət çalışan yerli telefon rabitəçi ştatları ləğv edilir. Bu ştat vahidlərində çalışan işçilərin əksəriyyəti qadın, və müxtəlif dərəcəli əlillərdir(.oturaq iş olduğuna görə) , Bu işçilərin birdəfəlik əmək haqqının 5 misli verilməklə işdən azad olunmaları gözlənilir!??" Geri qayıt |