Əsas Səhifə > Manşet, Ölkə > Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR?

Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR?


Bu gün, 10:00
Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR?
"Təhsil sahəsində olunan kadr dəyişiklikləri və gözlənilən kadr təyinatları həqiqətəndə insanlar arasında heyrətlə qarşılanır..
Məsələn son zamanların aktual məsələsi olan keçmiş nazir müavini Əli Vəliyevin yenidən Təhsil Nazirliyinə müavin təyin olunacaq xəbəri həqiqətəndə insanlar arasında anormal qarşılanır..." Bu barədə "DİA-AZ"a daxil olan məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "İş bilməkmi? Yoxsa yaxın münasibətlərmi?
Məmməd Qəribovun kadr kadrosunda yer alan Əli Vəliyev və o dövrün şöbə müdirlərinin Naxçıvan təhsilinə hansı faydası olub ?
Bunu biraz düşünmək və araşdırmaq lazımdır və sonra nəticəyə gəlmək..
Mən şəxsən 20 ildir Naxçıvanda müxtəlif vəzifələrdə çalışmışam bu qədər savadsız və bu qədər təhsildən uzaq, rüşvətə meyilli kadr topluluğunun bir nazirliyin içində birləşməsinin heç şahidi olmamışdım..
O dövr təhsil nazirliyində işləyənlərin içində ən məsumu bəlkə də elə nazir Məmməd Qəribov idi..
Direktor təyinatlarında rüşvəti yığışdırdı, ən azında o elə zənn etdi.
Müavin Əli Vəliyev və Nazirliyin şöbə müdirləri tərəfindən Nazirin adından "şirinliklər" yığılır, təyinatlar reallaşırdı..
Dioqnostik imtahanları tamamı ilə rüşvətə çevirən isə müavin Əli Vəliyev və haradan gəldiyi bəlli olmayan nazirliyin şöbə müdirləri idi..
Bu və başqa yollarla dövlətin və millətin milyonlarca manatı mənimsənilmiş, insanların haqqı istismar edilmişdir..
Həmin dövrdə onlarca iş təcrübəsi olmayan, hətta müəllimlikdə üç ilini tamamlamamış şəxslərdən yüksək rüşvət alınaraq məktəb direktoru və ya direktor müavini təyin etdirmişlərdi.
Əvvəlcədən pulu alınmış müəllim namizədləri təhsil yarımmarkası adı altında bir yerə toplayıb, məktəblərdə ehtiyac varmış kimi göstərib, müəllim təyin edərək məktəblərdə lazımsız sıxlıqlar yaratmışlar..
Bu kimi təhsilə deyil, özlərinə belə faydası olmayan insanların yenidən bu sistemin başına gətirmək Naxçıvana xəyanətdir..
Əli Vəliyevin Nazir müavini gəlmək eşqinin haradan qabardığı Naxçıvanda kimsəyə naməlum deyil.
Naxçıvan şəhər icra hakimiyyəti yanında ticarət və xidmət departamentinin sədri vəzifəsində işləyən Əli Vəliyev Naxçıvan şəhər ticarət dövriyyəsində Xususi nümayəndənin müavini Samir Seyidəhmədlinin göstərişi ilə o qədər korrupsiya və yeyintilərə yol verib ki, bu izləri ört-basdır etmək üçün Samir Seyidəhmədli təcili Əli Vəliyevi təhsil nazirinin müavini təyin etdirmək istəyir..
Bəs Samir Seyidəhmədli Əli Vəliyevi haradan və necə tanıyır?
Məsələn, ciddi araşdırılsa Samir Seyidəhmədli və Əli Vəliyevin Bakı şəhərində yaşayan qardaşının hansı münasibətləri var?
Bu insanın Samir Seyidəhmədli ilə dostuluq mübasibətlərinin təməlində hansı maraqlar dayanır?
Əlbəttə ki, pul...pul....pul...
Samir müəllimin Bakı şəhərində gələcəyinə sərmayə üçün yaratdığı qara bazarına rəhbərlik edən elə Əli Vəliyevin doğma qardaşıdır.
Samir Seyidəhmədlinin "ofşor" pullarını müəyyən banklar vasitəsilə sərmayəyə çevirən Bakı şəhərindəki şəxs kimdir?
Əlbəttə ki, Əli Vəliyevin qardaşı.
Əli Vəliyev keçmişdə təhsildən, bu gün də bazar və ticarət xidmətlərindən yığdığı pulları Samir Seyidəhmədliyə verərək təcili Nazir müavini gəlmək istəyir...
Azərbaycan Respublikası Prezidenti tərəfindən yaradılan, və bu gün Azərbaycan Respublikası Təhsil Naziri Emin Əmrullayev tərəfindən həyata keçirilən təhsildə ədalət prinsipini, maraqlar və şəxsi münasibətlər zəminində gobud şəkildə pozmağa cəhd göstərirlər..
Əminik ki, bu sahədə lazımı tədbirlər görüləcək, vəzifə və səlahiyyət sahibləri yalnız xalqımıza xidmət edən, dövlətin və xalqın maraqlarını öz maraqlarından uca tutan insanlar olacaq..."
Qeyd edək ki, bütün bu yazılanlarla bağlı "DİA-AZ" olaraq qarşı tərəflə əlaqə yaratmaq istəsək də, kimsə bu barədə danışmaq istəmədi...

Geri qayıt