Əsas Səhifə > Manşet, Güney Press > "Qanunlar gözəldir, içra edənlər vicdanlarını unudublar..."
"Qanunlar gözəldir, içra edənlər vicdanlarını unudublar..."Dünən, 12:14 |
"Bəs sizin çalışdığınız və həm də əmək haqınızın 1%-ni ödəyərək Həmkarlar Təşkilatına üzvü olduğunuz müəssisədə necə, qeyd olunanları az da olsa hiss edirsinizmi?" "DİA-AZ" xatırladır ki, bir neçə gün əvvəl bu ritorik sualla neftçilərə müraciət edən tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlıya maraqlı reaksiyalar verilib. Beləliklə neftçilərin olayla bağlı bəzi paylaşımlarını təqdim edirik... *** Huseyn Zeynalov: Həmkarlar Təşkilatı ləğv edilməlidir, düzdür üzvluk haqqı qanunla könüllüdur... Amma hazırda məcburidir... Bunu da sübut etmək ücun gərək məhkəmələrdə sürünəsən. Qanunlar gözəldir, içra edənlər vicdanlarını unudublar... Yunus Qulamov: Həmkarlar Təşkilatı Azərbaycanda fəaliyyəti mənfi olan bir qurumdur. Aşağıdan yığıb yuxarıları təmin edən bir qurumdur. Ülvi Ağayev: Ziyanından başqa, heç bir rolu yoxdur... Mansur Məzahiroğlu: Azərbaycanda "azad" həmkarlar ittifaqının sədrini müəssisələrinin rəhbərləri təyin edir. Heç bir seçki olmur. O da rəhbərin tapşırıqlarını yerinə yetirir. İmran Alekberzade: Həmkarlar İttifaqı idarə rəhbərliyi ilə bağladığı müqavilə ilə ittifaqın üzvlərini tanış etməlidirmi? Bu zəruriyyətdən və ya məcburiyyətdən irəli gəlir? Yığılan və xərclənən pul barədə üzvlər (qanunla) məlumat ala bilərlərmi? Sanatoriyaya Ödənişsiz göndərişlər (əlillərə) 10 gündən artıq verilmir. Bu qanunidirmi? Yemək, yol, zərərlilik pulundanda Həmkarlar İttifaqına pul tutulur, bu düzdürmü? Fidan Musayeva: Heç nə... dava-dalaşla 50 manat ildə 1 dəfə ya verələr ya da yox. Bir az da səsin bərk çıxsa, başlayırlar şantaja.... Sadəcə demək istəyirəm, yediklərini bir gun qussunlar. Çünki o bizim halal pulumuzdur... *** MÖVZUYA QAYIDACAĞIQ... Geri qayıt |