Əsas Səhifə > Manşet, Hadisə > Əsabil Qasımovun dəstəsi Bakının mərkəzində QOÇULUQ EDİR

Əsabil Qasımovun dəstəsi Bakının mərkəzində QOÇULUQ EDİR


13-12-2024, 11:18
Əsabil Qasımovun dəstəsi Bakının mərkəzində QOÇULUQ EDİR
Bakının Kubinka deyilən yerində sakinlərlə sahibkarların münaqişəsi lap gərginləşib.
Buna səbəb iş adamlarının sakinlərə yuxarıdan aşağı baxmasıdır. Şəhərin ən bahalı sahələrindən birində göydələn tikib satırlar. 3-4 mənzilin yerində böyük bir yaşayış evi inşa olunur.
Bütün xərcləri çıxsaq, xalis külli miqdarda qazanc götürürlər. Ancaq göz doymur ki doymur.
İnsanların illərlə yaşadıqları dədə-baba yurdlarının yerindı iş görürlər, onu da insafla etmək istəmirlər.
Camaat narahatdır ki bu soyuqda küçələrə düşüb dərdlərinə çarə axtarırlar. Düz- əməlli kömək edən də yoxdur. Bizə də Kubinkadan şiikayət daxil oldu.
Çəkiliş qrupumuzla ora baş çəkdim. Ünvan: Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, dalan 1. Kubinkanın bu hissəsi də eyni problemlərlə üzləşib.
Deyirlər bu ərazini İmişlidən deputat olmuş Əsabil Qasımov ələ keçirib. Ona məxsus " Vialon" MMC heç kimə məhəl qoymadan sözün əsl mənasında adamların evlərini başlarına uçurdurlar.
Tikinti firması sənəddə Əsabil müəllimin qardaşı Vüqar Qasımovun adındadır. Vüqar Qasımov arxalı qardaşına arxalanaraq başının dəstəsi ilə camaatın haqqına girir, sakinlərlə pis rəftar edir.
Azərbaycan Respublikasının qanunlarını bir kənara atıb Əsabil qardaşının qanunları ilə iş görür. İnsanların evi sökülür. Adama qalmağa müvəqqəti yer, yaxud evinin dəyəri və ya gələcəkdə mənzillə təminatı barədə dəqiq bir söz deyilmir.
Əvvəl bu məsələləri həll edib sonra söküntü etmək lazımdı. Yoxsa sosial məsələləri yoluna qoymamış evlərin qazını, işığını, suyunu kəsirlər.
İcra orqanları, kommunal xidmət nəzarətçilərinin də səsi çıxmır. Ayrı vaxtı dilləri boğazlarına sığmır. Mən belə mübahisələrdə tamamilə sakinlərin haqlı olduqlarını demirəm.
Nahaqq danışıb yaşadığı evi dəyərindən çox qiymətləndirilməyini istəyənlər, kvadraturanı çox göstərənlər də olur.
Belə istisna hallar da olur. Amma bu əsas vermir ki Əsabil Qasımov kasıb insanlara yuxarıdan aşağı baxsın... Bir neçə ay əvvəl Kislovodska müalicəyə getmişdim. Orada bir azərbaycanlı iş adamının istirahət mərkəzinin açıldığını dedilər. Açılışda hətta erməni iş adamlarının da iştirak etdiyini bildirdilər.
Həmin azərbaycanlı iş adamı Əsabil Qasımov idi. Onun telefon nömrəsini tapıb zəng vurdum, danışdıq. Dedi ki, mən tədbirlərə jurnalistləri dəvət etmirəm.
Kubinkada binalar tikən "Vialon" MMC-nin əməllərindən də sual verdim. Təbii ki özünə haqq qazandırmağa çalışdı. Sakinlərə "siçovullu evlərdə siçovul kimi yaşayan adamlar" deyəndən sonra isə bu harın məxluqla söhbəti uzatmağın mənasız olduğunu anladım.

Sima Babayeva - "DİA-AZ"

Geri qayıt