Əsas Səhifə > Manşet, Cəmiyyət > Bu təhsil ocağında təhsildən başqa HƏR ŞEY VAR...

Bu təhsil ocağında təhsildən başqa HƏR ŞEY VAR...


12-12-2024, 10:35
Bu təhsil ocağında təhsildən başqa HƏR ŞEY VAR...
Abşeron rayonu Güzdək qəsəbəsində fəaliyyət göstərən tam orta məktəbdən “SəhərMedia”
xəbər portalının redaksiyasına valideynlər tərəfindən ard-arda şikayətlər daxil olub. Belə
ki, məktəb direktoru Sevil Əliyevanın rəhbərlik etdiyi təhsil ocağı dövlət tərəfindən
qarşılanan təminatları şagirdlərə satır. “Tələblərə” qarşılıq verməyən şagirdlər isə
sıxışdırılır və hətta dərsdən xaric edilir. Daxil olan məlumatda şikayətçilərin iddialarına
görə məktəbdə müəllim fəaliyyəti ilə məşgul olan fənn müəllimlərinin şagirdlərlə kobud
davranış qaydaları da valideynləri narahat edir.
Övladlarının müəllimlər tərəfindən aldıqları psixoloji travmalar valideynlərin haqlı
narazılıqlarına səbəb olur. İddialara görə direktor tərəfindən məcburi pul yığılması bir yana,
təhsil ocağında şagirdlərə qarşı aqresiya göstərən müəllimlərdə digər tərəfdən uşaqlara mənfi
təsir bağışlayır.
Məktəbə lazım olan pərəd, jalüz, süpürgə və digər vasitələr üçün şagirdlərdən pul vəsaiti tələb
olunur. O zaman ortaya belə bir sual çıxır. Bəs dövlətin məktəbə ayırdığı təminat hara gedir?
Şagirdlərdən summativ vərəqlərinə pul almaq nə deməkdir? Bəs idarədən verilən ləvazimatlar
hansı məqsədlə istifadə olunur?
Məktəblə bağlı çoxsaylı şikayətlərin içərisində valideynlər onu da iddia edirlər ki, müəllimlər
və əlaxsusda rus dili fənnini tədris edən Gülnarə Xəlilova şagirdlərlə kobud davranmaqla
yanaşı, onlara qresiv cavablarda qaytarır.
Habelə, digər müəllimlər tərəfindən dəfələrlə sinif uşaqlarına təhsildən kənar buyruqlar olub.
Güzdək qəsəbə tam orta məktəbin direktoru Sevil xanım, sizcə müəllim məktəbə dərs
keçməyə gəlir, yoxsa kürəyini massaj etdirmək üçün? Şagirdlərlə bi “səmimiyyət” hardandır?
Tabeliyinizdə olan məktəbdə tədris etdiyi fənndən başqa digər işlərlə məşgul olan müəllimləri
niyə cəzalandırmırsınız? Onların bu əməllərinə niyə göz yumursunuz?
Qapalı rejim sistemi ilə çalışan bu məktəbdə valideynlər dəfələrlə direktor Sevil Əliyevaya və
sinif rəhbərlərinə açıq dərs keçirilməsi ilə bağlı müraciət etsələrdə onların bu təklifi rədd
edilmişdir. İddiaya görə, valideynlər övladları ilə maraqlanmaq üçün məktəbə baş vursalarda,
bu qapalı rejimdə fəaliyyət göstərən məktəbin qapıları onların üzünə qapanmışdır.
Direktor Sevil Əliyevanın Güzdək qəsəbə tam orta məktəbinin bu cür neqativ və özbaşına
hallarla idarə etməsi artıq məktəbdə təhsil alan şagirdlərin və onların valideynlərini
hiddətləndirir. Siniflərdə dərsdən çox hazırlığa getməyə vadar edilən şagirdlər təhsildən
uzaqlaşır. Nəticədə məhv olan gələcək yetişir.
Əlavə olaraq bildirmək istəyirik ki, iddialara görə hazırlığa getmək üçün dərsdən yayınan
şagirdlər pul verdikləri üçün günün istənilən vaxtında məktəbi tərk edir, pul verməyən
şagirdlər isə dərsdən yayınmış kimi qeyd olunur. Məktəblə bağlı neqativ halların valideynlər
tərəfindən "SəhərMedia" xəbər portaalına daxil olduğuna görə Sevil xanım müəllimlər
vasitəsilə şagirdləri "yoxlama gələndə heç bir mənfi halı qeyd etmirsiniz, əks halda sizə
attestat verməyəcəyəm" deyə hədələmişdir. Qeyd etmişdir ki, məktəblə bağlı hər hansı bir
qanun pozuntusunu media nümayəndələrinə çatdıran hər bir şəxsi cəzalandıracağam.

Geri qayıt