Əsas Səhifə > Manşet, Siyasət > Danışa bilməyən ruhi xəstənin də pensiyasını kəsiblər...
Danışa bilməyən ruhi xəstənin də pensiyasını kəsiblər...6-12-2024, 01:42 |
Zərdab rayonu, Qoruqbağı kənd sakini Xəlilova Yemən Vahid qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, oğlunun əlillik pensiyası haqsız yerə kəsilib: “Mən, Xəlilova Yemən Vahid qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız. Bildirim ki, oğlum Xəlilov Elvin İkrəm oğlu Ağcabədi rayonu, Şənlik kəndində yaşayır. 25 yaşı var. 24 ildir anadangəlmə əlildir. Yəni lal olmaqla yanaşı, əqli geriliyi var. Oğlumda xəstəlik irsidir. Yoldaşım da oğlum kimi lal idi. Yoldaşım rəhmətə gedib. Özüm də onkoloji xəstəyəm. Bir uşağım var. 2024-cü ildə oğlum 2 dəfə Əlillərin Bərpa Mərkəzində olub. Əlillik pensiyası vermədilər. Bildirdilər ki, bizim sualları cavablandıra bilmir. Laldır, əlillik vermirsiz, danışan adama niyə əlillik versinlər? Bizə dedilər ki, məhkəməyə müraciət edin". Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirildi ki, Ağcabədi rayon sakini Xəlilov Elvin İkrəm oğlunun əlilliyi həm elektron sistem üzərindən, həm də 18.09.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti tərəfindən əyani baxış zamanı qiymətləndirilib: "Müayinə zamanı vətəndaşın hazırkı sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər müşahidə edilməyib. Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilib". Hurriyyet.az Geri qayıt |