Əsas Səhifə > Manşet, Siyasət > Naxçıvan təhsilinin AĞLAMALI GÜNLƏRİ...

Naxçıvan təhsilinin AĞLAMALI GÜNLƏRİ...


4-12-2024, 09:53
Naxçıvan təhsilinin AĞLAMALI GÜNLƏRİ...
"Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sabiq Nazir müavini Əli Vəliyevin xəyalları gerçək olacaqmı? Əli Vəliyev kimdir? Əli Vəliyevin iş kariyerası olduqca qalmaqallıdır...." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalənin əvvəli burada: Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR

Məqalədə daha sonra qeyd olunur: "Həqiqətən də Əli Vəliyev Vasif Talıbovun dövründə hara işə təyin olundusa da, əsl kimliyi ortaya çıxandan sonra hər yerdən qovuldu..

Nəhayət ki Vasif Talıbovun dövrü bitəndən sonra qardaşı Heydər Vəliyevin dəstəyi ilə Naxçıvan bazarlarına nəzarət edir və ştatdankənar özünə bir katibə də götürüb.
Əli Vəliyev elə Təhsil Nazirinin müavini işləyərkən bəzi təhsil işçiləri ilə münasibət qurmağa çalışaraq onlara direktor postu vəədləri verməklə məşgul idi.
Nəhayət ki bunun iç üzü ilə bağlı bir çox şikayətlərdən sonra nazir müavini vəzifəsindən qovuldu.
İndi olub Samir Seyidəhmədlinin sağ əli və bazarlardan yığdığı pulları Samir Seydhəmədliyə yedirdir ki, yenidən Təhsil nazirinin müavini olsun.

Samir Seyidəhmədli kimdir?..

Samir Seyidəhmədli Naxçıvanı bazara çevirib.
bu yaxınlarda bir şəxsdən 40 min manat alaraq adı Naxçıvanlılara məlum olan təhsil şöbəsinə müdir gətirdi.
Yay aylarında dırnaqarası dostları ilə Türkiyənin turizm şəhərlərində istirahət etməklə məşğul olur.
Daha sonra həmin insanları müəyyən vəzifələrə verdirir.
Samir Seyidəhmədli, Naxçıvan icra hakimiyyətinin müavini Gülxanım Orucova və Nümayəndəliyin məsul işçisi Tükəzban Quliyeva və kadroya yeni daxil olan Əli Vəliyev ilə birgə hərəkət edir və Naxçıvanda kadr məsələlərinə bunlar baxır.
Bir müddət əvvəl də Gülxanım Orucovanın bacısı Günay Orucovanı da Şahbuz rayon Təhsil şöbəsinə müdir verdirmək istəsə də, Şahbuzda ciddi narazılıqlardan sonra bu iş alınmadı. Lakin Günay Orucovanı Deputat Ziyafət Əsgərova köməkçi verdirə bildi.
Qanunla deputatlar və deputat köməkçiləri 6 saatdan artıq dərs apara bilməz. Lakin Günay Orucova və Naxçıvanın əksər deputatları 20 saatdan çox dərs aparır.
Onların da dərslərini direktorlar məcbur ötüşdürürlər.
Demək olar ki, çox hörmətli deputatlarımız adlarına rəsmiləşmiş dərs saatlarına girmir, məktəblərdə məktəb rəhbərliyinə lazımı qədər çətinlik yaradır, bir növ valideynləri məktəbin üstünə qaldırırlar.
Yəqin ki bu sadalananlara dövlətin müvafiq qurumları biganə qalmayacaq. Samir Seyidəhmədli və onun dırnaqarası komandası tezliklə süqut edəcək..."

DAVAMI MÜTLƏQ OLACAQ...

Geri qayıt