Əsas Səhifə > Manşet, Gündəm > Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ...

Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ...


25-11-2024, 08:11
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ...
Keçən həftə Naxçıvan üzrə səlahiyyətli nümayəndə Fuad Nəcəfli Şahbuz rayonunda vətəndaşlarla görüş keçirib. Məqsəd şikayətləri dinləmək olsa da, şikayətçilər bu görüşdən çox gec xəbər tuta biliblər. Buna səbəb isə, görüşlə bağlı əhaliyə əvvəlcədən məlumatın verilməməsi olub.
Bu haqda “Gündəlik Naxçıvan”a yerli hakimiyyətdən şikayətçi olanlar məlumat veriblər. Onlar bildirirlər ki, icra hakimiyyəti nümayəndələri görüşə əvvəlcədən müəyyənləşdirilmiş şəxsləri dəvət ediblər. Bu şəxslərə isə tapşırılıb ki, ya höküməti tərifləsinlər, ya da kiçik məişət problemlərindən danışsınlar.
Rayon sakini Asəf Babayev deyir ki, görüşdən həmin gün xəbər tutsa da, içəri buraxılmayıb:
“Dedilər ki, əvvəlcədən yazılmaq lazım idi. Əvvəlcədən də heç kimə xəbər etməyiblər. Görüşdən iki gün qabaq yerli rəsmi qəzetlər yazıb ki, bunları da heç kim oxumur. Qəsdən belə ediblər ki, şikayətçilər xəbər tutmasınlar. Mənik çoxlu şikayətlərim var həm rayonç həm də muxtar respublika rəhbərliyindən. Ən böyük problem isə, işsizlikdir. Üç övladım var, heç biri işləmir. Aldığım təqaüdlə güc-bəla ilə keçinirik. Görüşə gedib, onları səlahiyyətli nümayəndənin nəzərinə çatdırmaq istəyirdim. Lakin, icra nümayəndəsi xəbər tutmuşdu. Mənə xəbərdarlıq etdi ki, şikayətimə görə başım ağrıya bilər. Dedi ki, getsən də görüşə buraxılmayacaqsan, Fuad Nəcəfli əsasən qazi və şəhid ailələrinin problemləri üçün gəlib. Bu səbəbdən fikirimi dəyişdim”.
Başqa bir şikayətçi Ş. Cəfərov deyir ki, Şahbuz şəhərinin alt hissəsində şəxsi torpaq sahəsində ev tikmək istəyir. Lakin, rayon təhbərliyi bunun üçün ondan 4 min manat rüşvət istəyib:
“Problemi səlahiyyətli nümayəndənin diqqətinə çatdırmaq istəyirdim. Getdmi icra hakimiyyətinə dedilər ki, qəbul qurtarıb. Halbuki, Fuad Nəcəflinin hələ də vətəndaşlarla görüşdə olduğunu bilirdim”.
Digər sakin Qurban Bağırov isə deyir ki, görüşə girmək istəsə də, polislər qarşısını kəsiblər:
“Qəbula düşmək istədim, polis buraxmadı. Siyahıya baxıb dedi ki, sənin adın siyahıda yoxdur. Bir neçə il əvvəl qəzaya düşmüşəm. O zamandan onurğa sütünumda problem yaranıb. İş qabliyyətimi itirmişəm. İki çəliklə çətinliklə gəzirəm, oturub-qalxa bilmirəm. Lakin, təqaüdə də çıxa bilmirəm. Həkimlər 5000 manat rüşvət istəyir, mənim isə pulum yoxdur. Fuad Nəcəflidən kömək etməsini xahiş edəcəkdim”.
Şahbiz rayon İcra Hakimiyyətindən vətəndaşların şikayətlkəri ilə bağlı münasibət bildirmək istəmədilər.

Geri qayıt