Əsas Səhifə > Manşet, Siyasət > Naxçıvan təhsilində PULTUTMA QALMAQALI...

Naxçıvan təhsilində PULTUTMA QALMAQALI...


7-11-2024, 09:36
Naxçıvan təhsilində PULTUTMA QALMAQALI...
Dünən məlumat yayıldı ki, Naxçıvan məktəblərində gözətçi və xadimə işləyənlərin hər birinin aylıq maaşından 150 manat pul tutulur. Onlara məcburi tutulan bu pulların Qarabağ Dirçəliş Fonduna yatırılacağı bidlrilib.

"DİA-AZ" bildirir ki, böyük rezonans doğuran bu məlumata aidiyyatı qurumlardan reaksiya verildi. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi açıqlama verərək bildirdi ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

Amma sonradan - kimlərdən ki pul tələbi edilib - həmin şəxslərdən gələn açıqlamalar MR-nın TN-nin yalan danışdığını üzə çıxarmış oldu. Doğrudur, nazirliyə aid TROL şəbəkəsi sosial şəbəkələrdə əks fikri - yəni TN-nin maraqlarına uyğun rəyi formalaşdırmağa cəhd etdi, amma həmin trolların daha çox eyni ifadələri paylaşması faktı onlara konkret tapşırığın verilməsini, onların təlimat üzreə etiraz etməsini üzə çıxarmış oldu.

Lakin bəziləri - yəni hansı işçilər ki, onlardan həqiqətən də pul tələb olunub, maaşlarından pul kəsilib - o şəxslərdən bəziləri aşkar olaraq, belə halın baş verdiyini təsdiqlədilər.

Naxçıvan təhsilində PULTUTMA QALMAQALI...

Məsələn, Mehdi Əliyev adlı təhsil işçisi aşağıdakı paylaşımla hadisənin baş verdiyini təsdiqlədi:

"Bəli, bizlərdən də tutublar... Öncə könüllü olduğunu dedilər... Vermədik... Sonra zorla aldılar..."

Qeyd edək ki, bu qanunsuz pultutulmanı anonim qaydada təsdiqləyənlər də yetərincədir. Görünəni odur ki, MR-nın Təhsil Nazirliyinin başbilənləri öz qanunsuz əməllərini "BELƏ BİR ŞEY OLMAYIB" deməklə və sosial şəbəkələrdə "Şərur məktəblərində o adda işçi (şikayət edən işçi nəzərdə tutulur -diaaz.space) yoxdur" təbliğatını aparmaqla ört-basdır etməyə çalışdılar... Amma doğru olanı bui işin icraçılarının cəzalandırılması idi...

Geri qayıt