Əsas Səhifə > Manşet, Ölkə > Vasif Talıbovu güllələyin... amma iş yerlərini bağlamayın...
Vasif Talıbovu güllələyin... amma iş yerlərini bağlamayın...30-10-2024, 10:02 |
Məlum olduğu kimi, “Mest-8” MMC (VÖEN – 0201411191) ləğv olunduğunu elan edir. "DİA-AZ" xəbər verir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Heydər Əliyev küçəsi, ev 18, mənzil 26 ünvanına bildirmələri istənilir. Qeyd edək ki, “Mest-8” MMC 2023-cü ilin martın 13-də dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 50 min manatdır və qanuni təmsilçisi Xəlilova Sədaqət Səfər qızıdır. Onu da bildirək ki, “Mest-8” MMC dövlət qeydiyyatına alınan zaman nizamnamə kapitalı 500 min manat, qanuni təmsilçisi isə Əliyev Qadir Neyman oğlu olub. Bu şirkətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olması ilə bağlı mətbuatda çoxsaylı yazılar yayımlanıb. "DİA-AZ" bildirir ki, son günlər Vasif Talıbova məxsus şirkətlərin bir-birinin ardından ləğv edilməsi yerli sakinlər tərəfindən də birmənalı qarşılanmır və bunun əlavə problemlərə nədən olduğu önə çıxarılır. Bu barədə "DİA-AZ"a yazan sakinlər bildirir: "Vasif Talıbovu güllələyin... amma onun adında olan şirkətləri niyə ləğv edirlər ki? Axı bu şirkətlərdə minlərlə insan çalışır, deməli, minlərlə ailə dolanır vı bağlanandan sonra həmin adamlar işsiz, həmin ailələr isə ac qalır". Qeyd edək ki, Fuad Nəcəflinin təyinatından sonra Naxçıvan Muxtar Respublikasında iş yerlərinin sayının 43 minə qədər azaldığı rəsmi rəqəmlərlə etiraf olunub. Hər halda, vətəndaşların etirazları da bundan yanadır. Geri qayıt |