Əsas Səhifə > Manşet, Siyasət > ADAU-da vəziyyət acınacaqlı durumdadır...
ADAU-da vəziyyət acınacaqlı durumdadır...14-10-2024, 08:10 |
"Azərbaycan Dövlət Aqrar Univeristeti tənəzzülə uğrayır. Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Univeristetinə təyin olunan gündən bu günə qədər universitet çöküşə doğru gedir..." diaaz.space xəbər verir ki, bu ifadələr ADAU tələbələri adından ölkə rəhbərliyinə edilən müraciətdə qeyd olunub. Müraciəti olduğu kimi təqdim edirik: "Belə ki, neft sektorundan gələn bu şəxs özünü kənd təsərüfatı sahəsində doğrulda bilmədi.Univeristetə gələn gündən heç bir doğru islahat apara bilməyib.Əksinə öz xeyirinə qərarlar qəbul edib cibini doldurmaqla məşğuldur.Tələbələr önündə saxta çıxışlar edən Zəfər Qurbanov verdiyi vədlərin heç birini yerinə yetirmir.Artıq univeristetin müəllim kollektivi bunun saxtakar olduğunu bildiyi kimi tələbələrdə bilir.2023-cü ilin oktyabr ayında bir qrup tələbə univeristetin yataqxanasının interneti ilə bağlı “rektora” öz şikayətlərin bildirib, Z.Qurbanov isə bu məsələnin həll olunması üçün qısa zamanda təbdir görüləcəyini söz verdiyi halda 1 ildən çoxdur ki bu məsələ hələ də öz həlli yolunu tapmayıb. Tələblər yataqxanın idarə heyətinə internet ilə bağlı öz şikayətlərini bildirsə də, hər gün yalançı vədlər verərək bu məsələni həlli üçün bir addım atılmır.Cənab Prezident İlham Əliyev tələbələrin daha çox bilik qazanması üçün yataqxana kompleksində yaratdığı elektron kitabxana internetin işləməmə səbəbi ilə tələbələr üçün yararsızdır. Burada bir çox kompuyter yararsız vəziyyətdədir,işlək bir neçə kompüter isə internet olmadığı üçün əlavə informasiya və bilik qazanmaq üçün bir işə yaramır. Nəticədə tələbələrin bilik və öyrənmə qabiliyyəti get gedə zəifləyir. Görəsən, Cənab Prezidenet İlham Əliyevin tələbələr üçün yaratdığı bu gözəl güşələri nə üçün Zəfər Qurbanov məhv edir?" DAVAMI VAR... Geri qayıt |