Əsas Səhifə > Manşet, Gündəm > Mərhum MSK sədrinin ölümü ilə bağlı ŞOK İDDİA
Mərhum MSK sədrinin ölümü ilə bağlı ŞOK İDDİA10-10-2024, 09:07 |
Bir neçə gün bundan əvvəl Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadə ilə bağlı sensassion iddia səsləndirilib. diaaz.space xəbər verir ki, bu vaxta qədər Naxçıvan Muxtar Respublikasında cərəyan edən olaylarla bağlı daha çox dürüst məlumatları ilə diqqətə gələn tanınmış jurnalist Heydər Oğuzun son açıqlamalarından belə aydın olur ki, mərhum MSK sədri olduqca ciddi ittihamların yer aldığı faktlara malik idi. Bu faktlar kimin barəsində idi... bu barədə jurnalistin açıqlamasını təqdim edirik. Beləliklə, Heydər Oğuz vurğulayır: "Qeyd edək ki, mərhum Əkrəm Hüseynzadə ağır xəstə olmasına baxmayaraq, seçkilərə az qalmış sonuncu vəzifəsinə təyin olunmuşdu. Cəmi 41 yaşında dünyasını dəyişən Əkrəm Hüseynzadəyə Naxçıvanın yetişdirdiyi ən dəyərli elm adamlarından biri kimi baxılırdı. Buna baxmayaraq, onun elm sahəsində də bəxti gətirməmişdi. Uzun illər işlədiyi AMEA-nın Naxçıvan bürosunun “şefləri”nin onu davamlı təzyiq altında saxladıqları və hətta xəstəliyinin də bu təzyiqlərin yaratdığı stress nəticəsində ortaya çıxdığı bildirilir. Doğrusu, bu iddiaların nə qədər doğru olduğunu deməyim üçün əlimdə ciddi faktlar yoxdur. Xüsusilə yaxınlarının bu barədə söyləntiləri dilə gətirməsi hələlik mənim üçün istedadlı elm adamının AMEA Naxçıvan bürosu tərəfindən nə qədər ağır təzyiqlərə məruz qaldığını təsdiqləyən etiraf kimi dəyərlidir. Yaxınlarının bildirdiyinə görə, AMEA-nın Naxçıvan bürosunda üzləşdiyi təzyiqlərdən sonra məcburən öz işindən ayrılıb NDU-da işləməyə başlayan və ardınca da əldə çıraqla üzüyola sədr axtarılan MSK-nın başına gətirilən Əkrəm Hüseynzadə Naxçıvan akademiyasının rəhbərliyinin cinayət əməlləri barədə çox ciddi faktlara malik idi. Bunu dəfələrlə AMEA Naxçıvan bürosunun rəhbərliyinin üzünə də deyirdi. Dostlarının iddiasına inansaq, Əkrəm Hüseynzadənin bildiyi dərin sirlərin bir çoxu onun doğmalarında da var. Yaslı ailəsini bu ağır gündə narahat etmək istəmirəm. İnanıram ki, onlar bu itkinin ağırlığını öz üzərlərindən atandan sonra mənimlə əlaqə saxlayacaq və bir çox mübhəmlərin ortaya çıxarılmasında öz dəstəklərini bizdən əsirgəməyəcəklər. Allah Əkrəm Hüseynzadəyə rəhmət eləsin..." Geri qayıt |