Əsas Səhifə > Manşet, Sosial > "Nəbadə yolunuzu burdan salasınız..."
"Nəbadə yolunuzu burdan salasınız..."2-10-2024, 09:28 |
"Şikayətim "Ahu" Estetik Klinikasındandır. Əhmədlidə yerləşir...." diaaz.space xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupunda giley olunur. Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "1. Çox qeyri-professional iş görürlər. Yazıldığım saatdan əvvəl getdim hətta, Dr. Sida Abuşova mənim üzümə dərman vurub tam 2 saat gözlətdi, məndən sonra yazılmadan gələn pasienti qəbul edib, onun üzərində prosedur etməyə başladı. 2. Preparatların tarixi 2023-2025-ci illər idi, yəni bitməyinə 1-2 ay qalan preparatları kampaniya adı ilə insanların üzünə vururlar. 3. Resepşn xanıma iradımı bildirdim, ümumiyyətlə hamı ilə kobud danışır. Bir sözlə əziz xanımlar, əvvəla onu bilin ki, hamımız gözəlik. Rədd olsun belə şeylər.... İkincisi də nəbadə yolunuz oraya düşə. Əsəbdən üzünüz qırışacaq..." Geri qayıt |