GundemXeber.Az bildirir ki, 7-8 il bundan öncə Şəmkir rayonunda "Sudan İstifadə Edənlər" birliyi yaranıb və bu birliyin yenidən təşkili üçün bir neçə kəndlərdə seçkilər də keçirilib.
Qeyd edək ki, bu günə qədər Şəmkir ərazisində seçki yolu ilə 5 "Sudan İstifadə Edənlər" birliyi yaradılıb. Bu günlərdə isə rayonun bir-neçə kəndlərini birləşdirən SİB rəhbərləri Şəmkir Suvarma Sistemlərinin müdiri Alim Abbasov və Kənan Bayramov tərəfindən haqsızlığa məruz qaldıqlarını əsas tutaraq, Bakı şəhərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin binası qarşısında qurumun rəhbərliyinə şikayət ediblər. Onlar bildiriblər ki, "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli Suvarma Sistemləri idarəsinin rəhbərliyi bizim fəaliyyətimizə qeyri-qanuni xitam verərək, bank hesabımızdan külli miqdarda pul çəkiblər. Hansı ki, həmin pullar kəndlərin su problemlərini həll etmək üçün kəndlilərdən yığılan pul vəsaitidir". Baş verən haqsızlıqlara dur deyilməsi üçün SİB rəhbərləri dövlətin yüksək instansiyalarına bir-neçə dəfə müraciət etsələr də buna əhəmiyyət verilmədiyini bildirirlər. Baş verən hadisə ilə bağlı gundemxeber.az-ın çoxsaylı oxucularına əldə etdiyimiz video-çəkilişi təqdim edirik: