"Azərbaycan Beynəlxalq Bankından (ABB) şikayətim var. "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Hüseyn Hüseynli adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirir: "25 manat axşam internet üçün ödəniş etdim. Vəsait kardan çıxıldı, amma internet işləmədi...
Provayder ilə danışdım... dedilər ki, ödəniş əks olunmur, bank ilə əlaqə saxlayın...
Bank da sorğu açıb deyir ki, 7 iş günü ərzində sizə cavab veriləcək.
Günümüzdə hər şey hardasa internet ilə işləyir... bunlar da 1 həftə gözləməyimi istəyir..."