`AZƏR GOLD` adına SƏRVƏTLƏRİMİZ NECƏ XIRID EDİLİR... - İLGİNC FAKTLAR...
Tarix: 6-11-2024, 10:31 | Çap et
Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən ümumi dəyəri 1 milyard 509 milyon 184 min dollar olan 19 min 904,34 kiloqram qızıl gətirilib. Açıqlanan rəsmi məlumatlara istinadən aparılmış hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl idxalı 361 dəfə artıb. Qeyd edək ki, bu ilin ilk 8 ayında ölkəyə gətirilən qızılın bir qramının orta gömrük dəyəri 75,8 dollar (129 manat) olub. Azərbaycana qızıl əsasən aşağıdakı ölkələrdən gətirilib: Avstraliya – 11 854,14 kq (bir qramın orta gömrük dəyəri 76,4 dollar); ABŞ – 3 978,71 kq (75,5 dollar); Kanada – 2 023,23 kq (74,4 dollar); İsveçrə – 1 977,76 kq (76,2 dollar).
"DİA-AZ" qeyd edir ki, məsələ ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, qızıl idxalının kəskin artmasına əsas səbəb Dövlət Neft Fondunun qızıla investisiya etməsidir: “Bu ilin ilk 9 ayının yekununa olan rəsmi məlumatda göstərilir ki, Neft Fondunun qızıl ehtiyatları bu il 127 tona çatıb. Bu il ərzində Fondun 25 tondan çox qızıl aldığı bildirilir. Qızılın alış qiyməti dünya bazarlarındakı orta satış qiymətinə yaxın olub. Hazırda qızılın 1 qramı dünya bazarında 88 dollara satılsa da, ilin əvvəlində 66 dollara olub”.
İqtisadçı bildirir ki, Azərbaycanın qızıl idxalında problem olmasa da, qızılın ixracı ilə bağlı ciddi problemləri var: “Məlumdur ki, Azərbaycanın ixracında qızıl əsas yerlərdən birini tutur. Qeyri-neft məhsullarının ixracında qızıl hər zaman ilk sıralarda qərarlaşır. Məsələn, bu ilin ilk 8 ayında xaricə satılan məhsullar arasında qızıl pambıq və pomidordan sonra 3-cü sırada olub. Lakin təəssüf ki, Azərbaycan qızılı xarici ölkələrə emal olunmamış şəkildə – xam qızıl formasında satır. Amma xaricdən alınan qızılın hamısı emal olunmuş olur. Aydın məsələdir ki, xam qızılla emal olunmuş qızılın qiyməti arasında fərq olacaq. Məsələn, bu ilin ilk 8 ayı ərzində Azərbaycan İsveçrəyə 96 milyon dollar dəyərində 2,8 ton emal olunmamış qızıl ixrac edib. Emal olunmamış qızlın bir qramı İsveçrəyə 36 dollardan satılıb. Eyni dövrdə İsveçrədən aldığımız təxminən 2 ton emal olunan qızılın bir qramına isə 76 dollar ödəmişik. Göründüyü kimi, qızılın ölkə daxilində emal olunmaması səbəbindən 8 ay ərzində təkcə İsveçrəyə 50-60 milyon dollar vəsait gedib. Bunun qarşısını almağın yolu isə odur ki, Azərbaycan xam qızılın ixracını dayandırmalı və qızıl ölkə daxilində emal olunmalıdır”.
"DİA-AZ" qeyd edir ki, əslində yuxarıda açıqlanan məqam çox ciddi mahiyyət daşısa da, ilgili ünvanlar məsələni ört-basdır etməyə çalışır. Buna rəğmən biz "DİA-AZ" olaraq müəyyən araşdırma aparmaq qərarına gəldik.
Yuxarıda da qeyd olundu ki, biz Azərbaycan dövləti olaraq qızılı xaricə 36 dollara satıb, 76 dollara geri alırıq... Yəni qızılın emal prosesini özümüp həyata keçirmədiyimizdən ciddi pul itkisinə - SƏRVƏT İTKİSİNƏ yol veririk. Apardığımız araşdırmalardan aydın olur ki, əslində burada itirən təkcə Azərbaycan dövlətidir. Amma yetərincə məmurlar, işbazlarımız var ki, bütün bu prosesdən külli miqdarda qazanc əldə edirlər və buna görə də onlar hansısa emal prosesində maraqlı deyillər və onları Azərbaycan dövlətini itirdikləri heç ilgiləndirmir.
KİMDİR ONLAR?
Məlumdur ki, Azərbaycan ərazisində "AzerGold” QSC qiymətli, əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Yəni bizdə bu sahə "AzerGold” QSC-nin RƏSMİ İNHİSARINA VERİLİB.
Bu qurumun başında isə Zakir İbrahimov adlı birisi dayanır. Bu o şəxsdir ki, adı dəfələrlə müxtəlif qanunsuzluqlarda, saxta tender hoqqabazlıqlarında hallanıb. İş o həddədir ki, Zakir İbrahimov hətta büdcə pullarını öz oğlu - Zaur İbrahimin adına olan şirkətlər hesabına mənimsəməkdən belə çəkinmir.
İndi isə biz ölkədə qızıl alqı-satqısı prosesi zamanı itirdiyimiz milyonları düşünürük. Amma bu məsələdə dövlət olaraq gec qalmışıq. Artıq dövlətin adından bu pulları mənimsəyənlər var...
Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fransanın casus şəbəkəsi nələrə cəhd edib? - Məhkəmə prosesində yeni məqamlar
Bu gün, 11:57 |
|
|
|
• Sosial şəbəkədə tanış olduğu kişini evə gətirir, əri və başqa bir kişi isə... - MƏHKƏMƏ
Bu gün, 11:43 |
|
|
|
• Quldurluqda təqsirləndirilən qadın məhkəməyə gəlmədiyinə görə axtarışa verilib - TƏFƏRRÜAT
Bu gün, 11:42 |
|
|
|
• Azərbaycan 16 min manata 6 baş eşşək aldı - Hər bir eşşək 2.663 manata başa gəlib
Bu gün, 11:40 |
|
|
|
• "Zevs" ləqəbli yutuberdən şikayət var: "İnsanları yeni üsulla aldadır" - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• "O, evlənsə mən harada qalacağam? Atamdan bizə bir ev qalıb..." - Sosial yardımı isə...
Bu gün, 11:20 |
|
|
|
• “Avropada iş” adı ilə 171 nəfərin xeyli pulunu aldı - MƏHKƏMƏ BAŞLADI
Bu gün, 11:17 |
|
|
|
• “Gədəbəyin icra başçısı Orxan Mürsəlov şikayətçi olduğuma görə məni təngə gətirib” - ŞƏHİD ATASI GİLEYLƏNİR
Bu gün, 11:15 |
|
|
|
• Zülfiyyə Xanbabayevadan ilin ilk layihəsi! - VİDEO
Bu gün, 11:06 |
|
|
|
• Mərkəz Azər Baxşəliyevə orqan nəqlinə imtina verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib
Bu gün, 11:04 |
|
|
|
• Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 11:03 |
|
|
|
• Ermənistan sülh əleyhinə silahlanır - Prezidentdən 2025 XƏBƏRDARLIĞI!
Bu gün, 11:02 |
|
|
|
• ABB-nin cəngindən qurtulmaq asan məsələ deyil... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:55 |
|
|
|
• Azərbaycan İdman Akademiyası deputata məxsus olduğu bildirilən şirkətdən avadanlıq alır - 250 min xərcləyəcək
Bu gün, 10:49 |
|
|
|
• Bakıda pişiyə rəhmsiz rəftar edən şəxs polis şöbəsinə çağırılıb
Bu gün, 10:48 |
|
|
|
• SOCAR-da ALAÇİY KADR İSLAHATLARI... - Araşdırma aparıldığı deyilsə də...
Bu gün, 10:45 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankının strukturu dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:38 |
|
|
|
• Yardımlının “mer”i dövlət büdcəsini şəxsi hesabı bilir - İLGİNC FAKTLAR...
Bu gün, 10:35 |
|
|
|
• Ermənistanda məhbus dilini kəsib
Bu gün, 10:32 |
|
|
|
• Mollalardan daha bir təxribat: - Bu dəfə də Bakı və Ankara “hədəf” alınıb
Bu gün, 10:30 |
|
|
|
• Bakı və İrəvan razılığa gələ bilər, amma... – “Qaranlıq” sülh perspektivi
Bu gün, 10:27 |
|
|
|
• “Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır...”
Bu gün, 10:23 |
|
|
|
• Sabiq nazir müavininə ağır itki
Bu gün, 10:16 |
|
|
|
• Laçın istiqamətindəki erməni təxribatının ŞOK SƏBƏBİ: - 5-ci kolon...
Bu gün, 10:14 |
|
|
|
• Müzəffər Pirizadənin TROL DƏSTƏSİ... ONA KÖMƏK OLA BİLƏCƏKMİ?
Bu gün, 10:09 |
|
|
|
• Keçmiş hakim gəlinini və nəvələrini məhkəməyə verib - TƏFƏRRÜAT
Bu gün, 09:51 |
|
|
|
• Ülvin Əliyev və Fuad İsayev yüksək vəzifəyə TƏYİN OLUNDULAR - ƏMR
Bu gün, 09:49 |
|
|
|
• Paşinyan xalqını hələ də inandıra bilmir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:38 |
|
|
|
• Görüş başlayır: ərazilərimiz bu ölkələr arasında bölünəcək – Avetisyan
Bu gün, 09:34 |
|
|
|
• `Azercell`də işlənmiş nömrəni təzə adı ilə sırıyırlar... - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• “Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçi yenidən MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 09:23 |
|
|
|
• Neftçilərə daim diqqət və qayğı olmalıdır: BİZDƏ İSƏ... - ƏMƏKHAQQI DAVASI...
Bu gün, 09:20 |
|
|
|
• İşçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur... - Ekspert danışır...
Bu gün, 09:10 |
|
|
|
• Bakının sərt xəbərdarlıqlarından gərəkən nəticəni çıxarmaq zamanıdır - Başqa yolu yoxdur...
Bu gün, 09:06 |
|
|
|
• Şəhid qardaşını buna görə İŞDƏN QOVDULAR - MÜRACİƏT
Bu gün, 08:58 |
|
|
|
• Su müharibələri genişlənir: ilk qalib Bakıdır! – Növbəti döyüş burada başladı
Bu gün, 08:53 |
|
|
|
• Döşək üstündə bayraq qaldıranların "lotu"luğu... - AXI NİYƏ?..
Bu gün, 08:51 |
|
|
|
• Petrosyanın sensasion çıxışı niyə indi yayıldı? – Nikolun qisası
Bu gün, 08:50 |
|
|
|
• Qəzadan sonrakı iki dezinformasiya… - elə bir həssas dönəmdəyik ki...
Bu gün, 08:47 |
|
|
|
• AZAL-ın təyyarəsinin “qara qutu”ları DEŞİFRƏ OLUNDU - “G1”
Bu gün, 08:45 |
|
|
|
• Daha bir qazi adam bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 08:42 |
|
|
|
• Hələ də qanunsuz fəaliyyət göstərən plastik cərrahlar var - NƏ ETMƏLİ?
Bu gün, 08:37 |
|
|
|
• İcra başçısının qalmaqallı sabiq müavini seçkiyə qatılıb - Məktəblini döydüyü üçün vəzifədən çıxarılmışdı
Bu gün, 07:38 |
|
|
|
• "Azərbaycan Dəmir Yolları"nda qanunsuzluq, yoxsa... - Departament rəhbəri məhkəməyə üz tutub
Bu gün, 07:35 |
|
|
|
• “Ermənistan kartı”, Makronun “cığallığı” və “qaz savaşı” - İNCƏLƏMƏ
Bu gün, 07:17 |
|
|
|
• Trampın hakimiyyəti müharibələr və xaos gətirəcək? - Yeni dünya xəritəsi cızılır
Bu gün, 07:14 |
|
|
|
• Petrosyan etirafı ilə Sarkisyan və Köçəryanın qəbrini qazmış oldu - FAKT BUDUR!
Bu gün, 07:11 |
|
|
|
• "Dəmir Cargo" vətəndaşı niyə narazı salıb? - GİLEY
Bu gün, 07:08 |
|
|
|
• Paşinyanın real Ermənistanı: “Onu Qafqazda yox, Hindistanda axtarsın” - GƏLİŞMƏ
Bu gün, 07:05 |
|
|
|
• Bu, Azərbaycan xalqına nifrətin izharıdır - Mixaylov
Bu gün, 07:03 |
|
|
|
|