Naxçıvanda absurd qərarlar silsiləsindən... – Ali Məclis sədrinin bahalı avtomobili...
Tarix: 30-10-2024, 11:14 | Çap et
 Son vaxtlar Naxçıvanda qəbul olunan qərarlar ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bu da təbiidir. Çünki muxtar respublikada elə qərarlar qəbul olunur, elə addımlar atılır ki, bu, nə məntiqə sığır, nə də qanunlara uyğun olur.
TNS-ə özəl mənbələrdən daxil olan məlumata görə, muxtar respublika rəhbərliyi daha bir absurd qərar qəbul etmə ərəfəsindədir. Məlumatlı mənbə əməkdaşımızla söhbət zamanı bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin xidməti avtomobili olan “Mercedes-Benz S 500” markalı maşın Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin balansına verilir.
Qeyd edək ki, ciddi bir funksiyası olmayan nümayəndəliyin balansında hazırda bir ədəd “BMW”, bir ədəd “NAZ-Lifan” markaları avtomobil var. Cəmi 7-8 aktiv işçisi olan daimi nümayəndəliyə 3-cü, özü də bahalı avtomobilin verilməsi başadüşülən deyil.

“Mercedes-Benz S 500” markalı avtomobilin qiyməti 300 min manatdan bahadır. Bu avtomobildən paytaxt Bakıda yüksək vəzifəli şəxslər istifadə edir. Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclisin məsul vəzifəli şəxslərinin xidməti istifadəsi üçün belə bahalı avtomobillər verilməyib. Məsələn, Milli Məclisin komitə sədrləri “Mercedes-Benz E 300” markalı xidməti avtomobildən istifadə edir. Bu zaman belə bir sual ortaya çıxır. Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinə niyə belə bahalı maşın verilir? Bəlkə Naxçıvanın Bakıdakı daimi nüməyəndəsi muxtar respublika rəhbərliyindən daha statuslu, daha vəzifəli şəxs imiş bizim xəbərimiz yoxdur. Niyə bu qənatə gəlirik? Çünki Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, ali vəzifəli şəxsin səlahiyyətlərini icra edən Bəxtiyar Məmmədovun xidməti avtomobili həmin maşından xeyli ucuz olan “BMW 750”dir. Naxçıvan rəhbərliyinin məntiqinə görə, Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov ucuz “BMW”də, muxtar respublikanın Bakı şəhərindəki daimi nümayəndəsi Bəxtiyar Əsgərov isə bahalı “Mercedes”də gəzləməlidir. Bu qərarı Bəxtiyar Məmmədovun özü verir. Çünki həmin avtomobil Ali Məclisin balansındadır. Deməli, Bəxtiyar Məmmədov qəbul edir ki, adaşı ondan daha üstün, daha vacib vəzifəli şəxsdir.
Xatırladaq ki, Ali Məclis sədrinin sabiq müavini, ali vəzifəli şəxsin səlahiyyətlərini icra edən Anar İbrahimov məhz bu avtomobildən istifadə edib.
Naxçıvan Muxtar Respublikasındakı iki bahalı və lüks avtomobildən biri olan həmin maşının nə iş gördüyü bəlli olmayan, müftə əməkhaqqı alan Naxçıvanın Bakı şəhərindəki daimi nümayəndəsinin istifadəsinə verilməsi növbəti absurd qərardır və qəbuledilməzdir. Həmin avtomobil Naxçıvan Ali Məclisi sədrinin xidməti maşınıdır. Daha bir sual. Ali Məclisin sədri seçilsə, hansı avtomobildən istifadə edəcək? Yoxsa ona da Ali Məclisin qarajındakı köhnə “BMW”lərdən birini vermək fikrindədirlər.
Həmin avtomobil Naxçıvana Bakıda yox, muxtar respublikada lazımdır. O avtomobildən Bakıda çoxdur, Naxçıvanda isə yoxdur. Naxçıvana yüksək vəzifəli bir qonaq getsə, məsələn, Azərbaycanın Baş naziri, Milli Məclisin sədri, Prezident Administrasiyasının rəhbəri muxtar respublikaya səfər etsə, hansı avtomobildən istifadə edəcək? Görəsən, Naxçıvan rəhbərliyi bu barədə nə düşünür?
Məlumatlı mənbə onu da deyib ki, “Mercedes-Benz S 500” Bakıya daimi nümayəndə Bəxtiyar Əsgərovun xidməti istifadəsi üçün aparılmır. “Bəs kimin üçün aparılır?” sualımıza isə cavab verilməyib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
• "Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04 |
|
|
|
• Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58 |
|
|
|
• "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55 |
|
|
|
• Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43 |
|
|
|
• Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39 |
|
|
|
• Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31 |
|
|
|
• Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28 |
|
|
|
• TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26 |
|
|
|
• "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18 |
|
|
|
• Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14 |
|
|
|
• Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11 |
|
|
|
• Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07 |
|
|
|
• "Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02 |
|
|
|
• 32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
• Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34 |
|
|
|
• "Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29 |
|
|
|
• Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25 |
|
|
|
• “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22 |
|
|
|
• ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19 |
|
|
|
• "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15 |
|
|
|
• Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12 |
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58 |
|
|
|
|