"Şikayətim "Starex.az" kargo şirkətindəndir". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Zeynəb Rəsulova adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra əlavə edib: " "Trendyol Azərbaycan"la sifarişim vardı. "Starex"ə veriblər.
Təxmini çatdırılma vaxtı 17-18 oktuabr tarixləri olsa da, 20 oktyabrda bağlmalarımı çatdırmasalar da, "çatdırıldı" kimi qeyd olundu.
Bu nə fırıldaqdır? Məhsul çatdırılmır ancaq status çatdırıldı göstərilir?