Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI... - BU NƏDİ BELƏ?..
Tarix: 23-10-2024, 10:51 | Çap et
 "Xəbər verdiyim kimi, Nizami rayon məhkəməsinin hakimi Rauf Əhmədov çox biabırçı qərardad qəbul edib. Hüququn, qanunun nəzəriyyəsini, ruhunu, hərfini, hər şeyini ağlar qoyub. Onu dərc edirəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib. O daha sonra bildirir: "Deməli, «KURSUS-NİZAMİ» Mənzil Tikinti Kooperativi (MTK) Nizami rayonunda 4 binanı söküb yerində yeni binalar tikmək istəyir. Bakı şəhər İcra hakimiyyəti qanunsuz sərəncamı ilə həmin 4 binanın altındakı torpaq sahələrini (başqasının əmlakını) MTK-nin istifadəsinə verib və deyib ki, get sakinlərlə razılığa gəl, sök və tik (guya binalar qəzalı vəziyyətdədir, halbuki bu halda Fövqəladə Hallar Nazirliyi binanın sökülməsi ilə bağlı məhkəməyə müraciət etməlidir). Sakinlərin xeyli hissəsi MTK ilə razılığa gəlməyib və Nizami rayon məhkəməsində çoxsaylı proseslər başlayıb və davam edir. Onların çərçivəsində bir neçə qərardad da çıxarılıb ki, bu işlər davam etdiyi dövrdə bina sökülə və sakinlər oradan çıxarıla bilməz. Həmçinin şəhər icra hakimiyyətinin sərəncamının qanuniliyi məsələsinə də Bakı İnzibati Məhkəməsində baxılır. Lakin bu işlərin bitməsini gözləmək istəməyən MTK məhkəməyə yeni ərizə ilə müraciət edərək müvəqqəti təminat tədbiri qismində sakinlərin köçürülməsi, mənzillərin boşaldılması, binalara girişin qadağan edilməsi, binaların ətrafının şərti olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması barədə qərardad qəbul edilməsini xahiş edib. Rauf Əhmədov da qərardadı ilə ərizəni təmin edib (baxmayaraq ki, digər hakimlərin çıxardığı MTT-lər üzrə bunu etmək olmaz!). Onu da deyim ki, qanuna görə müvəqqəti təminat tədbiri (MTT) cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir və dərhal qüvvəyə minir. Məsələn, kimdənsə borc tələb edilir və məhkəmə bitənədək borclunun əmlak vəziyyəti dəyişə bilər deyə indidən bank hesablarına həbs qoyulur. Aşkardır ki, bu işdə belə hal yoxdur. MTK ilə sakinlər arasında məhkəmə işləri bitənədək MTK-nin hüquqlarını poza biləcək nə baş verə bilər ki? Sakinlərin mənzilərində yaşaması buna necə mane olacaq ki? Əksinə, sakinlərin indidən binadan çıxarılması onları MTK ilə razılaşmağa məcbur etmək (vəziyyətlərini bərpa edilməsi mümkün olmayan hala salmaq) deməkdir. Qanuna görə MTT müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Lakin bu qərardad faktiki olaraq işi mahiyyəti üzrə həll edib: sakinlər çıxarılması mülkiyyət hüququndan məhrum olmaları deməkdir. Bu qərardadın digər dəhşətli məqamları var. Belə ki, bu cür ərizədən sonra MTK iddia ərizəsi də verməlidir. Lakin verə bilməz. Çünki artıq sakinlərə qarşı belə ərizələr verib. Yəni mahiyyəti üzrə məhkəmə prosesləri artıq gedir. Digər tərəfdən, bu ərizədə MTK cavabdehlərin adını yazmalı idi. Yazmayıb. Qərardadda da sakinlərin, yəni cavabdehlərin adı yoxdur. Sanki söhbət mənzillərdəki insanlardan yox, tövlədəki qoyunlardan gedir. Cavabdeh yoxdursa, hansı iddiadan, hansı MTT-dən söhbət gedə bilər axı? Faktiki olaraq bu qərardad o deməkdir ki, istənilən şəxsin əmlakı sorğu-sualsız əlindən alına bilər. Məhkəmədə mübarizə aparmağın da heç bir mənası yoxdur. Mülkiyyət hüququ qorunmayan, normal məhkəməsi olmayan məmləkətdə isə dövlətçiliyin özü sual altındadır. Əgər Bakı Apellyasiya Məhkəməsi sakinlərin bu biabırçı qərardaddan şikayətini təmin etməsə, sual-zad da qalmayacaq... P.S. Yeri gəlmişkən, şəhərimizin bu gün adi yağış nəticəsində iflic olması elə bu xaotik bina sökülməsi və tikilməsi prosesinin məntiqi nəticəsidir. Tikinti şirkətlərini də, məmurları da ancaq pul maraqlandırır. Vətəndaşlarımız və şəhərimiz onları maraqlandırmır..."







|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
• "Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04 |
|
|
|
• Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58 |
|
|
|
• "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55 |
|
|
|
• Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43 |
|
|
|
• Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39 |
|
|
|
• Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31 |
|
|
|
• Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28 |
|
|
|
• TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26 |
|
|
|
• "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18 |
|
|
|
• Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14 |
|
|
|
• Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11 |
|
|
|
• Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07 |
|
|
|
• "Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02 |
|
|
|
• 32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
• Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34 |
|
|
|
• "Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29 |
|
|
|
• Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25 |
|
|
|
• “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22 |
|
|
|
• ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19 |
|
|
|
• "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15 |
|
|
|
• Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12 |
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
|