Azərbaycanın İnterpola verdiyi şəxs .....                     "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" .....                     Kürdəmir rayon prokuroru müavininin işinə .....                     “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” .....                     Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan .....                     Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: .....                     Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın .....                     Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi .....                     “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? .....                     “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi .....                     Nazirin köməkçisi bacısından sonra .....                     “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” .....                     “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” .....                     Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var .....                     Zaxarova əsəbiləşdi: .....                     Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? .....                     Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib .....                     Ərdoğan və Makron arasında telefon danışığı olub .....                     Xaricə satdığımız elektrik enerjisinin dəyəri .....                     Məhkəmədən Xoşqədəm Hidayətqızına .....                     "Həyat yoldaşı adamı qocaldır" .....                     "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur .....                     ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ .....                     Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb .....                     "Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar .....                     “Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” .....                     “Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın” .....                     Ermənistan və onun havadarlarına növbəti mesaj .....                     Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək .....                     Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi .....                     Şairə Əli Mirəliyevi pərt elədi: .....                     Yaxın Şərqdən Cənubi Qafqaza: .....                     Bakının tükənməz .....                     "Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... .....                     Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir .....                     Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? .....                     Jurnalist Əvəz Zeynallının həbs müddəti AZALDILDI .....                     ABŞ “münasib məqamda” Suriyaya hərbçilər göndərəcək .....                     Sumqayıtda daha bir olay: BU DƏFƏ BAĞÇADA... .....                     Sərkisyanın yalanı üzünə vuruldu .....                 

Nəhayətdə ELM ADI ALTINDA büdcə oğurluğu durdurulmalıdır... - HƏQİQƏTƏN DƏ...
Tarix: 21-10-2024, 09:07 | Çap et
Nəhayətdə ELM ADI ALTINDA büdcə oğurluğu durdurulmalıdır...
"Elmi-tədqiqat müəssisəsində elmə heç bir dəxli olmayan direktor, direktor müavini, rəis, katib, müdir, saysız-hesabsız vəzifələr ləğv olunmalıdır. Elmi inzibatçılıqdan xilas edib öz mehvərinə qaytarmaq lazımdır". diaaz.space xəbər verir ki, bu ilginc təkliflə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov çıxış edib.
O daha sonra davam edir: "Dövlətin elm müəssisəsi kimlərinsə müftəxorluğu, varlanıb titullanması üçün bəhanə yeri ola bilməz. Elmə dəxli olmayan bütün bu vəzifələr imha edilməlidir. Yalançı plan işləri ilə, saxta elmi nəticələrlə Azərbaycan elmi heç bir uğur, nailiyyət qazana bilməz. Yalançı nəticələrin ömrü isə su üzərində sabun köpüyünün ömrü qədər olur.
Orta əsrlərə məxsus macəralar baş verir: Bir də görürsən ki, qurumun rəhbərləri işçilərsiz darıxırlar. Tez "işə davamiyyət" (hansı işə??!!) reydləri keçirilir, baş əyditdirilir, yalvartdırılır, gözükölgəli etdirilir, imdad diləndirilir və s. Elmə dəxli varmı? Qətiyyən. İnzibatçıların heç birini elm maraqlandırmır. Hər şey şəxsi zövq-səfa, şəxsi maraq üzərində qurulur...
Bu sahədə müəyyən təcrübəsi olan biri kimi deyirəm ki, elm müəssisəsində bu tip təsisatların, vəzifələrin intriqadan, dövlət vəsaitini boşuna xərcləməkdən, qeyri-elmi cızma-qaralara elmi don geyindirib dövlətin elm potensialını çökdürməkdən savayı ikinci bir funksiyası yoxdur.
Soruşa bilərsiniz ki, sən İdris Abbasov qiymətli tədqiqatlarını harada yerinə yetirmisən? Cavab: Mən elmi sanbalı ilə fərlənən əsərlərimi intriqalarla, provokasiyalara dolu olan akademiya institutlarından yayınaraq tamam kənarda yerinə yetirmişəm, yəni o mühitdə idraka əsaslanan tədqiqat aparmaq qeyri-mümkündür. Transliterasiya, üzünü köçürmə kimi texniki işlər istisnadır.
Deməli, var qüvvəmlə akademiya binasından kənarda işləmişəm, cüzi olsa da, bəlli maaşı heç bir direktorun, ya akademikin qanlı cibindən deyil, halal dövlətimdən almışam.
Dövlətinə fayda verəcək alim, tədqiqatçı üçün qurum daxilində bu qədər inzibati strukturlar, vəzifələr elmə xidmət sayıla bilməz. Tədqiqatçı üçün sakit bir laboratoriya, ya otaq kifayətdir. Direktora, müdirə, rəisə baş əymək onun nəyinə lazımdır?!
Elmi-tədqiqat müəssisəsi sex deyil, zavod deyil ki, işçi işə getməsin və sexin işi dayansın. Heç auditoriya da deyil ki, müəllim getməyəndə dərs boş keçsin. "İşə gəlmədi" demək "Çay dəstgahına gəlmədi", yaxud "Dedi-qodudan, intriqadan kənarda qaldı" deməkdir. Elmdə bu qədər müdir, rəis və digər çoxsaylı vəzifələrin mövcudluğu absurddur.
Elm qurumunda bir para şəxsə xidmət edən inzibati təsisatlar, məsələn, sabiq AMEA prezidenti Ramiz Mehdiyevə və onun sədaqətli xələflərinə ideal vaxt keçirmək vasitəsi kimi hava və su qədər lazımdır.
Beləliklə, belə lüzumsuz strukturların mövcudluğu büdcəyə qarşı qurulmuş tələdir. Bunlar intriqaların səbəbi, elmi inkişafın buxovudur.

***

Mən bütün qiymətli və faydalı əsərlərimi akademiya və institut rəhbərliyinin provokasiya və intriqa orbitindən yayınaraq bir qrup akademşəbəkə tərəfindən zəbt olunmuş elmi-tədqiqat institutundan kənarda ərsəyə gətirmişəm. Onların yaratdıqları qeyri-elmi mühitdə dövlətə və xalqa qara qəpik qədər fayda verən işlər görmək mümkünsüzdür. Halbuki təzyiq, provokasiya, intriqa mühiti yaratmaq əvəzinə iş şəraiti yaratmalı idilər. İşbazlıqla ömür çürütmüş dəstəyə dövlət vəsaiti hesabına saxta kitab, dissertasiya, formal müdafiələr, dissertant və ya doktorant "ovu" və digər yollarla pul qazanmaq və əyləncə qurmaq maraqlıdır.
Ey yeyimcillər! Bilin ki, inzibatçılıqla elm bir araya sığmır. Vəzifəni pul qoparmaq və əyləncə vasitəsi kimi görməklə, onun-bunun əməyini öz adına yazdırtmaqla, yaxud ziyanlı nəşrlərlə quşəppəyi lotusu olmaq olar, amma həqiqi alim olmaq olmaz.
Qoy Ramiz Mehdiyevin əmanət qoyub getdiyi və onun nakam arzularının icraçıları bilsinlər ki, mən onlar kimi canımı Vətən övladlarının canını almaq üçün bəsləməmişəm. Onların bədxahlıqları üzündən ağır maddi-sosial şəraitə düçar edilsəm də, dörd nəfər ailə üzvü ilə qaranlıq, rütubətli və əlverişsiz bir yataqxana otağına sıxışdırılsam da, təklif etdikləri xəyanət yolunu tutmayacağam!
Eybi yoxdur, biz Vətənə qurban gedərik, təki sizin övladlarınız yağlı tikə kimi baxdıqları vəzifələrə nail olsunlar, nail olmadıqları təqdirdə isə payımıza düşən milyonları xərcləyib ölkə xaricində bəslənsinlər!
Unutmayın ki, alim qılafında etdiyiniz iqtisadi, mənəvi və dövləti cinayətlərdən yaxa qurtara bilməyəcəksiniz!
Şəxsən mənə qarşı illərdir ki, etdiyiniz zülüm və işgəncələrin dünyəvi bədəli ilə yanaşı üxrəvi bədəlini də görəcəksiniz!
Hansı elminizə, hansı xidmətinizə, hansı əməllərinizə görə eyş-işrət içində yaşayırsınız, ey alim diplomuna bürünmüş zalım pul kisələri?!
Ey arxadan vuran paxıl və qısqanc namərdlər! Xain planlarla dəstə ilə üstümə gəlməyin, rəqabətə gəlin! Xalqa, millətə, dövlətə və onun elm potensialına xidmət edən rəqabətə! Hazırsınızmı?!.."



YAZILARA İSTİNAD MÜTLƏQDİR...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Bu gün, 16:34
"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Bu gün, 16:32
Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Bu gün, 16:30
“Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Bu gün, 16:28
Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Bu gün, 16:23
Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Bu gün, 16:21
Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bu gün, 16:19
Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Bu gün, 16:17
“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13
“Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Bu gün, 16:12
Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09
“İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08
“Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36
Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34
Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33
Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29
Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26
Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25
Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24
Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22
"Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18
"Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14
ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02
Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57
"Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar - Prezident İlham Əliyev
Bu gün, 14:52
“Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” - Ağdam sakinindən icra başçısına MÜRACİƏT
Bu gün, 14:49
“Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın”
Bu gün, 14:45
Ermənistan və onun havadarlarına növbəti mesaj - İsrafil Kərimovun yazısı
Bu gün, 14:41
Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək - FAKT BUDUR!
Bu gün, 14:39
Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi - TƏFƏRRÜAT
Bu gün, 14:26
Şairə Əli Mirəliyevi pərt elədi: - “Gücün çatmaz!”
Bu gün, 14:23
Yaxın Şərqdən Cənubi Qafqaza: - paytaxtlarda gözləntilər var
Bu gün, 14:00
Bakının tükənməz TIXAC DƏRDİ
Bu gün, 13:58
"Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... - İşğalçılara qarşı döyüşdə həlak oldu...”
Bu gün, 13:11
Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir - TƏFƏRRÜAT
Bu gün, 13:09
Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? - AÇIQLAMA
Bu gün, 13:07
Jurnalist Əvəz Zeynallının həbs müddəti AZALDILDI - DETALLAR
Bu gün, 13:05
ABŞ “münasib məqamda” Suriyaya hərbçilər göndərəcək
Bu gün, 13:03
Sumqayıtda daha bir olay: BU DƏFƏ BAĞÇADA... - İşdən çıxarılan işçi elə faktları açıqladı...
Bu gün, 13:02
Sərkisyanın yalanı üzünə vuruldu – “Bakı yox, siz yalvardınız ki...”
Bu gün, 12:48
ABŞ sürətlə Ermənistan ordusuna “yerləşir” - Korotçenko
Bu gün, 12:47
“Starlink” Azərbaycanda fəaliyyətə başlaya bilmir – Danışıqlar aparılıb, şirkət də yaradılıb, amma...
Bu gün, 12:46
"Qızılı keçirə bilsəydik 5 min manat pul alacağdıq" - "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi
Bu gün, 12:36
Tanınmışlardan nazirə CAVAB GECİKMƏDİ: - “Psixoloqa müraciət etsinlər”
Bu gün, 12:34
Bakıda qızının faciəsinə dözməyən ata infarktdan öldü
Bu gün, 12:30
"Qarabağdan çıxmış ermənilər könüllü şəkildə, özlərinin xahişi ilə ərazilərimizi tərk ediblər" - deputat
Bu gün, 12:26
11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata keçirilib - TASS
Bu gün, 12:21
Gürcüstandakı etirazlar inqilabi hərəkat deyil, çünki buna tələbat yoxdur - Zurabişvili
Bu gün, 12:20
Gecə yarımadanın bəzi yerlərində suluqar yağacaq - belə deyirlər...
Bu gün, 12:19
22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı
Bu gün, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru