Rəis və qaraj müdiri Gəncə MKTB-ni talan edib - BU NƏDİ BELƏ?!
Tarix: 18-10-2024, 08:29 | Çap et
Göygöl rayonu, Yeni Qızılca kənd sakini Orucov Osman Qəzənfər oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Nazim Rəcəbova müraciət ünvanlayıb. Həmin müraciət olduğu kimi dərc edirik:
“Hörmətli Prezident!
Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) təmizlik idarəsinin avtokalonunda korrupsiya va özbaşınalıqlar baş alıb gedir. Bu korrupsiyanın başında avtoqarajın yeni təyin edilmiş rəis Nurəhməd Əhmədov və qaraj müdiri Bağır Əliyev durur.
Məsələ ilə bağlı çoxsaylı müraciətlər olsa da, hüquq mühafizə orqanları və aidiyyəti qurumlar heç bir tədbir görmək istəmirlər.
Bağır Əliyevin anası Maliyyə idarəsində, yaxın qohumu Prezident Administrasiyasında və digər orqanlarda işlədiklərinə görə, heç kimdən qorxmayaraq, qarajda sürücülərin başına olmazın oyunlar gatirir.
Qaraja təzə gələn qaryığan və su maşınlarının təkərlərini, akkumulyatorlarını, eləcə də onlara yazılan yanacaqları satırlar. İşçiləri də iş saatından artıq işlədirlər. Bayram günləri isə günümüz lap qara olur, iki növbədə işləyirik.
Bəs, biz fəhlələr yazıq deyilik ki, gecə-gündüz istirahətsiz işləyək?! Əlavə saatlarımızı və bayram pullarımızı da bizə vermirlər. Dövlət tərəfindən bizə təyin edilmiş 300 manat pulu mənimsəyirlər. Etiraz etdikdə isə, üzümüzə adam qoyub, işdən çıxartmaqla hədələyirlər.
Qeyd etdiyim kimi, avtomaşınlara yazılan yanacaqları satırlar, etiraz etdikdə isə bizi təhdid edirlər.
Mənim özüm 10 ildən artıqdır ki, “zibil idarəsi”ndə 20-AE-608 nömrəli avtomaşının sürücüsü işləyirəm. İşlətdiyim avtomaşının yanacağını, təkərini və digər ehtiyat hissələrini rəis Nurahməd Əhmədov və qaraj müdiri Bağır Əliyev satırlar. Bir daha deyim ki, bu adamların arxasında Prezident Administrasiyasında işləyən qohumları durur. Birliyin rəisi də bunlarla əlbir işləyir.
Əvvəlki müdir Ruflan müəllim işdən çıxanda yerinə yaxın dostunu təyin etdirmişdi. Aralarında olan danışığa əsasən, dostu hər ay Ruflan müəllimə pul ödəyir. İndi o, “çirkli pullar”ın hesabına Gəncə şəhərində “Lombard”, qızıl mağazası işlədir.
Mənim 3 uşağım var. Böyük oğlum hərbi xidməti bitirib, amma hazırda işsizdir. Oğlumu öz yanımda işə düzəltdirməklə bağlı müraciət etsəm də işə götürmədilər.
Şəraitsiz və təmirsiz evdə ailəm - uşaqlar və valideynlərimlə çətinliklə yaşayıram. İşlədiyim əmək haqqımı korrupsioner müdirlər əlimizdən alıb yeməsələr, mənim də ailəmin çətinliyi az olardı.
Dəfələrdə prokurorluğa və aidiyyəti qurumlara şikayət etsəm də, araşdırma üçün göndərilən məmurlar bizimlə əlaqə saxlamadan gedirlər. Hətta qarajda olan avtomaşınları yararsız vəziyyətdə görsələr də, rəhbərlikdən pul alıb üstünü ört-basdır edirlər.
Bağır Əliyev Maliyyəni öz əlinə alandan sonra qarajdakı maşınları talan etdi. Prokurorluqdan yoxlama gəlib-gedəndən sonra Nurəhməd Əhmədov deyir ki, “Gəncə şəhərinin prezidenti mənəm, şikayət etdiniz də, nə oldu?! Hara istəyirsiniz yenə yazın, şikayət göndərin, heç kəs mənə heç nə etməyəcək”.
Onu da deyim ki, hər ayın axırında bizləri ağ kağızlara imza atdırırlar, özləri istədiklərini yazırlar.
Rəhbərlik bizi öz sahəmiz aid olmayan işə göndərdikdə orada zülm verirlər. Əlavə yerləri təmizlətdirirlər, əmək haqqımızı isə mənimsəyirlər.
Mən sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan kömək istəyirəm, xahiş edirəm ki, problemimin həlli yolunda mənə kömək etsinlər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Bu gün, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Bu gün, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Bu gün, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Bu gün, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Bu gün, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Bu gün, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Bu gün, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Bu gün, 16:34 |
|
|
|
• "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Bu gün, 16:32 |
|
|
|
• Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Bu gün, 16:30 |
|
|
|
• “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Bu gün, 16:28 |
|
|
|
• Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Bu gün, 16:23 |
|
|
|
• Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Bu gün, 16:21 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bu gün, 16:19 |
|
|
|
• Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Bu gün, 16:17 |
|
|
|
• “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13 |
|
|
|
• “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Bu gün, 16:12 |
|
|
|
• Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09 |
|
|
|
• “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08 |
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33 |
|
|
|
• Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29 |
|
|
|
• Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26 |
|
|
|
• Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25 |
|
|
|
• Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24 |
|
|
|
• Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22 |
|
|
|
• "Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18 |
|
|
|
• "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14 |
|
|
|
• ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02 |
|
|
|
• Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57 |
|
|
|
• "Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar - Prezident İlham Əliyev
Bu gün, 14:52 |
|
|
|
• “Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” - Ağdam sakinindən icra başçısına MÜRACİƏT
Bu gün, 14:49 |
|
|
|
• “Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın”
Bu gün, 14:45 |
|
|
|
• Ermənistan və onun havadarlarına növbəti mesaj - İsrafil Kərimovun yazısı
Bu gün, 14:41 |
|
|
|
• Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək - FAKT BUDUR!
Bu gün, 14:39 |
|
|
|
• Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi - TƏFƏRRÜAT
Bu gün, 14:26 |
|
|
|
• Şairə Əli Mirəliyevi pərt elədi: - “Gücün çatmaz!”
Bu gün, 14:23 |
|
|
|
• Yaxın Şərqdən Cənubi Qafqaza: - paytaxtlarda gözləntilər var
Bu gün, 14:00 |
|
|
|
• Bakının tükənməz TIXAC DƏRDİ
Bu gün, 13:58 |
|
|
|
• "Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... - İşğalçılara qarşı döyüşdə həlak oldu...”
Bu gün, 13:11 |
|
|
|
• Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir - TƏFƏRRÜAT
Bu gün, 13:09 |
|
|
|
• Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? - AÇIQLAMA
Bu gün, 13:07 |
|
|
|
• Jurnalist Əvəz Zeynallının həbs müddəti AZALDILDI - DETALLAR
Bu gün, 13:05 |
|
|
|
• ABŞ “münasib məqamda” Suriyaya hərbçilər göndərəcək
Bu gün, 13:03 |
|
|
|
• Sumqayıtda daha bir olay: BU DƏFƏ BAĞÇADA... - İşdən çıxarılan işçi elə faktları açıqladı...
Bu gün, 13:02 |
|
|
|
• Sərkisyanın yalanı üzünə vuruldu – “Bakı yox, siz yalvardınız ki...”
Bu gün, 12:48 |
|
|
|
• ABŞ sürətlə Ermənistan ordusuna “yerləşir” - Korotçenko
Bu gün, 12:47 |
|
|
|
• “Starlink” Azərbaycanda fəaliyyətə başlaya bilmir – Danışıqlar aparılıb, şirkət də yaradılıb, amma...
Bu gün, 12:46 |
|
|
|
• "Qızılı keçirə bilsəydik 5 min manat pul alacağdıq" - "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi
Bu gün, 12:36 |
|
|
|
|