Fuad Nəcəfli ona olan etimadı doğrultmadı... - YOLA SALINIR?
Tarix: 14-10-2024, 04:12 |
Çap et
Prezidentin Naxçıvan Muxtar Respublikasında xüsusi nümayəndəsi postunda dəyişiklik gözlənilir. diaaz.space bu barədə etibarlı mənbələrdən məlumat əldə edib.
Verilən xəbərə görə, hazırda həmin postu tutan Fuad Nəcəfli barəsində yetərincə neqativ faktlar toplanaraq araşdırmaya götürülüb.
Xatırladaq ki, Fuad Nəcəfli təyin olunan gündən onunla bağlı ağır ittihamlar səslənməyə başlayıb. Bu azmış kimi Fuad Nəcəfli həm də maliyyə maxinasiyalarında da ittiham olunur. Onun bu günlərdə "əlvida" dediyi keçmiş ortağı İsmayıl Əhmədov isə bir SİRR KÜPƏSİ kimi hər an Nəcəfli barəsində real faktları ictimailəşdirə bilər ki, bu da əslində Əhmədovun xüsusi nümayəndə üçün təhlükəli olmasından xəbər verir.
İddia olunur ki, artıq Əhmədovun Nəcəfliyə qarşı faktları da araşdırılır.
Bu barədə danışan mənbəyə görə yaxın günlərdə Nəcəfli işdən uzaqlaşdırılacaq. Bundan sonra onunla bağlı hüquqi araşdırma da aparıla bilər.
Əlavə məlumatımız olacaq, bizi izləməyə davam edin...