Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Məktəb direktoru həbs olundu

Məktəb direktoru həbs olundu


Bu gün, 10:47
Məktəb direktoru həbs olundu
Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.

"DİA-AZ"-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Geri qayıt