Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan bunu təsadüfən demədi, həyata keçirəcək
Paşinyan bunu təsadüfən demədi, həyata keçirəcək27-01-2025, 10:34 |
Ermənistanın Baş naziri Nikol Paşinyan bu dəfə “erməni soyqırımı” məsələsini gündəmdən çıxarmağa çalışır. Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Qeqam Manukyan deyib. “Nikolun erməni soyqırımı (qondarma – red.) ilə bağlı açıqlaması təsadüfi deyil. O, həmişə qəbuledilməz və rədd edilə bilən ideyaları ortaya atır, sonra müzakirələr nəticəsində bunlar həyata keçən nöqteyi-nəzərə çevrilir”, - siyasətçi bildirib Xatırladaq ki, Paşinyan bundan əvvəl İsveçrədə erməni icması ilə görüşündə qondarma soyqırımı məsələsindən danışıb. Ermənistan rəhbəri çıxışında dolayı yolla ermənilərin tarixi saxtakarlığa yol verdiklərini etiraf edib: “Nə baş verdiyini və niyə baş verdiyini anlamaq lazımdır. Bəs biz bunu necə qavradıq, kimin vasitəsilə qavradıq? Necə oldu ki, 1939-cu ildə erməni soyqırımı gündəmi yox idi və necə oldu ki, 1950-ci ildə erməni soyqırımı gündəmi yarandı? Necə oldu, başa düşməliyik”. Geri qayıt |