Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?..
Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?..Bu gün, 09:17 |
"Tavuş vilayətindən bildirilib ki, dünəndən, sərhədlərin müəyyənləşdirilməsi işlərinə start verilib. Dünən tərəflər bir neçə saat ölçmə işləri aparıblar". Moderator.az xəbər verir ki, bu haqda "Hraparak" məlumat yayıb. "Maraqlıdır ki, Paşinyan Tavuş qubernatoru Hayk Qalumyanı yanvarın 27-dən fevralın 10-dək məzuniyyətə göndərib. Dünən qubernatorun müavini Vahe Qalumyandan soruşduq. Demarkasiya prosesinə başlanıldığı doğrudurmu? Deputat xəbəri olmadığını dedi", -erməni nəşri davamında yazır. O da xatırladılır ki, Azərbaycan-Ermənistan sərhədinin "delimitasiyası komissiyası ötən həftə prosesin Ermənistanın şimalından bərpa olunacağını açıqlasa da, başqa təfərrüatları açıqlamayıb". "Dünən Qarnik Danielyan baş nazirin müavini Mher Qriqoryana oxşar sual verib: yolun müəyyən hissəsi Azərbaycandan keçəcəkmi? “Qərarların necə qəbul edildiyini, necə göründüyünü və necə qüvvəyə mindiyini aydın şəkildə təsvir edən təsdiq edilmiş əsasnaməmiz var. Düşünürəm ki, bu çərçivələrdə sualınıza cavab tapa bilərsiniz”, - deyə Mher Qriqoryan bildirib"- Ermənistan nəşrinin məlumatında belə deyilir. Xatırladaq ki, Ermənistan adı çəkilən Tavuş vilayəti Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Gədəbəy rayonları ilə həmsərhəddir. Geri qayıt |