Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ
Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİDünən, 16:53 |
Zaqatala rayonu Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyeva vəzifəsindən çıxarılıb. Bizim.Media-nın əldə etdiyi məlumata görə, o, yanvarın 17-də kollektivlə sağollaşıb. Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Tamara Fəxrəddin qızı Nurəliyeva Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) 21 yanvar 2025-ci il tarixindən tutduğu vəzifədən azad edilib. Geri qayıt |