Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Azsığorta”nın rəhbərliyində təyinat olub
“Azsığorta”nın rəhbərliyində təyinat olubBu gün, 09:22 |
“Azsığorta” ASC-nin də rəhbərliyinə yeni təyinat baş tutub. Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən İlkin Zeynalov İlqar oğlu İdarə Heyətinin üzvü seçilib. İ.Zeynalov 2025-ci ilin yanvarından etibarən bu vəzifəyə seçilir və müvəqqəti üzv kimi rəsmiləşdirilib. O, 2015-ci ildən biznesin inkişafı departamentinin direktorudur. O, 2024-cü ilin martından “Aqrar Sığorta Müştərək Sığorta” ASC-nin Direktorlar Şurasına sədr təyin edilib. Bununla da, İdarə Heyətinin strukturunda 5 şəxs olacaq: Yusif Rəhim oğlu Soltanov – sədr Qoşqar Arif oğlu Şəkərəliyev – sədr müavini Elbrus Həbib oğlu Fərzəliyev – sədr müavini Fərid Mübariz oğlu Qarayev – üzv İlkin Zeynalov İlqar oğlu Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20.3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99.64%-lik, “Bank of Baku” ASC-nin isə 31.11%-lik səhmdarı) məxsusdur. Geri qayıt |