Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Samir Şərifov niyə işdən çıxarıldı?
Samir Şərifov niyə işdən çıxarıldı?Bu gün, 12:39 |
Son illərdə qlobal iqtisadi böhranlar, neft qiymətlərinin dəyişkənliyi Azərbaycanın maliyyə siyasətinə yeni yanaşmalar tələb edir. Bu şəraitdə yeni maliyyə nazirinin təyin olunması ilə ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etmək, büdcə siyasətində çeviklik yaratmaq və xarici təsirlərə qarşı dayanıqlı bir sistem qurmaq hədəflənir. Yeni maliyyə nazirinin qarşısında duran ən böyük vəzifələrdən biri dövlətin maliyyə resurslarını effektiv idarə etmək, qeyri-neft sektorunun inkişafını dəstəkləmək və makroiqtisadi sabitliyi qorumaq olacaq. Modern.az sonuncu maliyyə nazirinin təyinat dövrünə qısa nəzər salıb. 2006-cı illərin ortaları Azərbaycanda neft gəlirlərinin kəskin artımı ilə tarixə düşmüşdü. BTC (Bakı-Tbilisi-Ceyhan) neft kəmərinin fəaliyyətə başlaması, "Azəri-Çıraq-Günəşli" (ACG) yataqlarının neft hasilatının artması və qlobal neft bazarlarında qiymətlərin yüksəlməsi Azərbaycanın neft gəlirlərini kəskin artırdı. 2000-ci illərin ortalarında neftin qiyməti 60-70 dollara yüksəlmişdi (bu, o dövr üçün yüksək qiymətlər idi). Dövlət büdcəsi əsasən neft sektoru ilə bağlı gəlirlərdən asılı idi, bu da büdcənin daha da artmasına imkan verirdi. Belə bir şəraitdə 2006-cı ildə Azərbaycan Respublikasının maliyyə naziri təyin olundu. Onun təyinatı heç də təsadüfi sayıla bilməzdi. Şərifov həmin dövrdə Azərbaycan Dövlət Neft Fondunun rəhbəri vəzifəsini icra etmişdi və ölkənin neft gəlirlərinin idarə olunması sahəsində təcrübə qazanmışdı. O vaxtlar mütəxəssislər Şərifovun təyinatını birbaşa neft gəlirləri amili ilə əlaqələndirirdilər. Bildirilirdi ki, Dövlət Neft Fondunun yaradılması və formalaşmasında rolu olan şəxs artan neft gəlirləri şəraitində dövlətin maliyyə siyasətinə töhfələr verəcək. Yüksək neft gəlirləri hökumətin sosial sahələrə, infrastruktur layihələrinə və ümumilikdə iqtisadi inkişaf istiqamətlərinə daha çox investisiya ayırmasına imkan yaradırdı. Neft gəlirlərinin böyük bir hissəsi ölkədəki infrastruktur, səhiyyə, təhsil, sosial müdafiə və digər əhəmiyyətli sahələrə yönəldilir, qeyri-neft sektorunun inkişafı üçün vəsaitlər ayrılırdı. 19 ildən sonra Azərbaycan hökuməti bu siyasəti davam etdirir. Amma ölkə indi yeni iqtisadi şərait və yeni çağırışlar qarşısındadır. Qlobal iqtisadi böhranlar, xammal və maliyyə bazarlarında baş verən dəyişikliklər yeni yanaşmalar ortaya qoyur. Qeyd edək ki, yanvarın 10-da Prezident İlham Əliyevin sərəncamı ilə Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilib və Baş nazirin müavini təyin edilib. Onun yerinə hələlik təyinat olmayıb. Dünya bazarında neftin qiymətinin azalması dövlət büdcəsinin əsas gəlir mənbəyinin neft və qaz sektoruna bağlı olduğu bir ölkə üçün böyük bir çağırışdır. Azərbaycan yeni maliyyə nazirinin qarşısında duran əsas çağırışlardan biri büdcə siyasətinin dəyişən iqtisadi şəraitə uyğunlaşdırılmasıdır. Yeni maliyyə naziri büdcə siyasətini daha çevik, balanslı və uzunmüddətli inkişafı dəstəkləyəcək şəkildə qurmalıdır. Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın ayrılmaz bir hissəsi olaraq xarici mühitdən təsirlənə bilər. Bu səbəbdən, uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici şoklara qarşı dayanıqlılığını gücləndirmək, makroiqtisadi sabitliyi daha da möhkəmləndirmək zəruridir. Xarici təsirlərə qarşı dayanıqlılığın təmin edilməsi üçün iki əsas sütun mövcuddur: birincisi, dövlətin valyuta ehtiyatlarının artırılması və möhkəmləndirilməsi, ikincisi isə intizamlı borclanma siyasətinin həyata keçirilməsidir. Valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transfertlərin payı tədricən azaldılmalıdır. Daxili borcun idarə edilməsi maliyyə bazarlarının inkişafını dəstəkləməli, xarici dövlət borcunun dayanıqlı səviyyəsini qorumağa imkan verməli və dövlət şirkətlərinin borclanma proseslərinə ciddi nəzarət olunmalıdır. Yeni maliyyə naziri üçün Azərbaycan iqtisadiyyatının inkişafını təmin edəcək yeni büdcə siyasətinin formalaşdırılması çox önəmlidir. Neft gəlirlərinin azalması və iqtisadi böhran şəraitində büdcə siyasətinin tarazlaşdırılması və qeyri-neft sektorlarının inkişafı mühüm prioritetlərdir. Dövlətin borc yükünün idarə edilməsi, sosial sahələrə ayrılan vəsaitin artırılması, xərclərin optimallaşdırılması və iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın maliyyə siyasətinin əsas strateji istiqamətləri olmalıdır. Dövlət büdcəsinin gəlirləri və xərcləri arasındakı tarazlığın qorunması üçün xərclərin daha səmərəli şəkildə idarə olunması lazımdır. Əlavə xərc və israfın qarşısını almaq mövcud resursları daha məhsuldar sahələrə yönəltmək üçün büdcə xərclərinin optimallaşdırılması vacibdir. Büdcə siyasətinin məqsədi yalnız cari dövrün tələblərini ödəmək deyil, həm də uzunmüddətli iqtisadi inkişafı dəstəkləmək olmalıdır. Bu baxımdan, büdcə prioritetləri təyin olunarkən qeyri-neft sektorunun inkişafı, infrastruktur layihələri, sosial xidmətlər və iş yerlərinin yaradılması kimi strateji sahələrə diqqət ayrılmalıdır. Azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin aparılması dövlət büdcəsinin əhəmiyyətli bir hissəsininin bu sahəyə ayrılmasını tələb edir. Büdcə bu məqsəd üçün əsas resurs mənbəyi olmaqla yanaşı həm də Azərbaycanın ümumi iqtisadi inkişafına, sosial rifaha töhfə verəcək. Bu yanaşmalar Azərbaycanın yeni maliyyə nazirnini qarşısında duran əsas vəzifələr olacaq. Geri qayıt |