Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı”
Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı”Bu gün, 10:37 |
Xarici işlər naziri vəzifəsindən getdikdən sonra müxtəlif sektorlardan iş təklifləri gəlmişdi. Amma o təkliflər mənim üçün o qədər də maraqlı deyildi. Bunu Teleqraf.com-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib. “Özəl sektor mənimlə daha çox maraqlanırdı. Mən onların təkliflərini qəbul etmədim, yəni bu məsələ alınmadı. İndi o mövzuya qayıtmaq gülməli çıxar”, - deyə o qeyd edib. Sabiq nazir Polad Bülbüloğlundan sonra Rusiyaya səfir göndəriləcəyi məsələsinə də aydınlıq gətirib: "Belə bir məsələ qalxmışdı, amma sonra alınmadı. Başqa ölkəyə səfir göndərmək kimi təkliflər və təşəbbüslər də olub. Düzdür, bu məsələ qaldırılsa da, sonra öz həllini tapmadı. Hansı ölkəyə səfir göndərmək istəyirdilər, onu deməyəcəm”. Qeyd edək ki, 1960-cı ildə Bakıda anadan olan Elmar Məmmədyarov 2003-2004-cü illərdə Azərbaycanın İtaliyadakı səfiri olub. 2004-cü ildən 2020-ci ilədək Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb. Geri qayıt |