Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət

Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət


Dünən, 19:58
Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət
Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəylinin istintaqa ifadələri oxuyan hər kəsdə heyrət doğurub. Ona görə yox ki, rüşvət və başqa qanunsuz hallara yolla verilib. Ona görə ki, bu qeyri-qanunu prosedurda adları keçən və Həbibbəyliyə cinayət ortaqlığı etmiş şəxslər hələ də azadlıqdadır.

S.Həbibbəyli deyib ki, hər il Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova 30 milyon dollar rüşvət verib. Bu ifadə Vasif Talıbovun həbsi və istintaqa cəlb edilməsi üçün ciddi əsasdır.
Səhət Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğludur.

Bundan öncə də oxşar hadisə olmuşdu. Naxçıvan MR-ın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilov məhkəmədə ifadə verərək aldığı rüşvəti yuxarı instansiyalara ötürdüyü yerli-yataqlı bildirmişdi.

S.Həbibbəyli ifadəsində Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova hər il minimum 30 milyon dollar çatdırdığını söyləyib. Generalın sözlərinə görə, toplanan məbləğlər get-gedə artdıqdan sonra rəhbərliyə çatdırdığı pulun miqdarı 34 milyon dollar idisə, növbəti il artıq 38 milyon 400 min dollar olub. Maraqlıdır, bu ifadədən sonra Vasif Talıbov ətrafında nə kimi hüquqi tədbirlər aparılmalıdır?

Polkovnik Mirzə Cəlilova gəldikdə o, rəis kimi çalışdığı dövrdə 1159 nəfərə hərbi xidmətə yararsız və ya möhlət verilməsi qarşılığında 2 milyon 464 min manat rüşvət almaqda ittiham edilir. Cəlilov həmin pullardan hər rüb 10 min manat götürdüyünü etiraf edib. Qalan pullar isə rəhbərliyə çatdırdığını deyib. Bu qədər açıq, detallı ifadələrə baxmayaraq hər iki ifadə üzrə saxlanılan, istintaqa cəlb edilən hələ ki, yoxdur.

M.Cəlilovun verdiyi ifadələrdən sonra general Arzu Rəhimov və digərləri saxlanılmalıdırmı? Hüquq bu haqda nə deyir?

Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət

Vasif Talıbov və Arzu Rəhimov

Globalinfo.az-a danışan vəkil Mehman Muradlının sözlərinə görə, sabiq rəislərlə bərabər V.Talıbov və A.Rəhimov da həbs olunmalıdırlar.

O deyib ki, istintaq orqanlarının pulların Talıbovla Rəhimova hansı səbəbdən çatdırılması ilə bağlı sual verib-verməməsini də aydınlaşdırmaq lazımdır:

“Vasif Talıbov pulu niyə tələb edib, o pullar onlara hansı formada təqdim olunub və s. kimi məsələlərin hamısı öz əksini tapmalıdır. Ondan sonra V.Talıbov artıq cinayət məsuliyyətinə cəlb olunmalı və istintaq hərəkəti davam etməlidir. O, bir neçə maddə üzrə ittiham olunur. Həm vəzifə səlahiyyətlərini aşması, həm də korrupsiya cinayətləri ilə bağlı iddia var. Hətta Talıbovla bağlı bir neçə maddə üzrə cinayət təqibi başlana bilər”.

Arzu Rəhimova gəldikdə isə, vəkilin fikrincə, burada həm Vasif Talıbov, həm də Arzu Rəhimov saxlanılmalıdır:

Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət

Mehman Muradlı

“Adam ifadəsində deyir ki, aldıqları “qeyri-rəsmi rüsumlardır”. Belə bir rüsum anlayışı yoxdur. O sözü o vaxt DGK-nin sabiq sədri Tahir Əliyev gətirmişdi. Demişdi ki, iki cür rüsum yığılır, biri rəsmi, biri qeyri-rəsmi. Belə bir rüsum olmadığı üçün onlar da cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.

Qeyd edək ki, Səhət Həbibbəylinin 4 il ərzində Vasif Talıbova verdiyi illik rüşvətin ümumi məbləği 1 milyard 500 milyon edir. Bu, olduqca ciddi məbləğdir. Dövlətin və vətəndaşın soyulmasıdır.
Geri qayıt