Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Cəmi 2 ay 170 manat aliment ödəyən biri ata sayıla bilərmi?”
“Cəmi 2 ay 170 manat aliment ödəyən biri ata sayıla bilərmi?”Dünən, 00:53 |
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakini Quliyev Nəbi Umud oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, qızı rəhmətə gedib, keçmiş həyat yoldaşı başqa ailə quraraq xarici ölkəyə köçsə də, nəvəsinin qəyyumluğu ona verilmir: “Mən, Quliyev Nəbi Umud oğlu, yazaraq bildirirəmm ki, qızım Quliyeva Mehriban Nəbi qızı onkoloji xəstəlikdən 22.03.2024- cü il tarixində dünyasını dəyişib. Bir övladı mənim öhdəliyimdə qalıb. Qızım 2013-cü ildə yoldaşından ayrılıb. Rəhmətlik 2-ci qrup əlil idi. Artıq 10 aydır dünyasını dəyişib. Bu 10 ay ərzində mən lazımı sənədləri hazırlayaraq, qəyyumluğa görə Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Lakin mənim ərzəmə imtina cavabı yazaraq, Qaradağ rayonu İcraat şöbəsinə yönəldiblər. Nəvəmin atası ikinci ailə quraraq, qaçqın kimi Amerikada yaşayır. Övladına iki ay 170 manat aliment ödəyərək, qəyyumluğunun mənə verilməsinə mane olur. Qəyyumluğu əldə edə bilmədiyimə görə, heç bir qurumlara müraciət edə bilmirəm. Məsələ ilə bağlı səlahiyyətli qurumlardan kömək istəyirəm. Bilmək istəyirəm ki, cəmi 2 ay 170 manat aliment ödəyən biri ata sayıla bilərmi? Özü yeni ailəsi ilə birgə xaricdə yaşayır. Hazırda qızımın övladına maddi-mənəvi dəstəyimə baxmayaraq, qəyyumluğu mənə verilmir. Səlahiyyətli qurumlardan məsələnin həlli ilə bağlı kömək istəyirəm”. Geri qayıt |