Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Hüseyn Əsgərov vəzifəsindən azad edildi
Hüseyn Əsgərov vəzifəsindən azad edildiDünən, 16:16 |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov vəzifəsindən azad edilib. "DİA-AZ" Modern.az-a istinadla xəbər verir ki, o, vəzifədə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Məlumatı Hüseyn Əsgərovun özü təsdiqləyib. O bildirib ki, bundan sonra fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirəcək. Hüseyn Abbas oğlu Əsgərov 1958-ci ildə Naxçıvanda anadan olub. O, 2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində çalışırdı. Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) digər müdir müavini Anar Məmmədov ötən ay vəzifəsindən azad olunub. Geri qayıt |