Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Su müharibələri genişlənir: ilk qalib Bakıdır!
Su müharibələri genişlənir: ilk qalib Bakıdır!7-01-2025, 08:53 |
Suriyada baş verən siyasi proseslər fərqli məcraya daxil olub. Artıq ekspertlər hadisələrin təkcə hakimiyyət uğrunda mübarizə və ya geosiyasi qarşıdurma deyil, regionun su resursları uğrunda mübarizə olduğunu deyir. İsrail Suriyanın cənubunda ələ keçirdiyi ərazilərlə birlikdə 6 su mənbəyini də nəzarətinə götürüb. Türk dünyasının böyük alimlərindən olan İlbər Ortaylı da qatıldığı proqramların birində bu iddianı təsdiq edib. O, regionda gedən müharibələrin şirin su ehtiyatları uğrunda olduğunu açıqlayıb. Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Yaxın Şərqdə hazırda ən dəyərli sərvət şirin su ehtiyatıdır: “Vəziyyət elə həddə çatıb ki, neft-qaz əldə etmək asan, şirin su ehtiyatı tapmaq çətin hala gəlib. Sözün əsl mənasında su uğrunda müharibələr gedir. Əvvələr bu tendensiya Afrika ölkələrində müşahidə olunurdusa, indi Yaxın Şərqdə bənzər olaylar yaşanır. İsrailin son olaraq Suriyanın cənubunu işğal etməsi bir daha regional müharibənin kontekstini dəyişdiyini göstərir. Məsələ ondadır ki, Təl-Əviv bu ərazidəki su ehtiyatlarını da ələ keçirib. Hansı ki, bu mənbələr həm Suriya, həm də İordaniyanın əsas şirin su ehtiyatlarıdır. İsrail çətin ki, bu ərazidən asanlıqla imtina etsin”. Politoloq deyib ki, dünyada şirin su ehtiyatları sürətlə tükənir: “Düzdür, biz 44 günlük müharibə ilə torpaqlarımızı işğaldan azad etdik, amma faktiki olaraq həm də yeni şirin su ehtiyatları əldə etdik. Ermənistan uzun müddət idi ki, torpaqlarımızı işğalda saxlayaraq şirin suya əlçatanlığımızı da məhdudlaşdırdı. Yəni əslində qlobal su müharibəsinin Cənubi Qafqaz raundunu da biz qazandıq”. Geri qayıt |