Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "İranın rəsmi mövqeyi Azərbaycanın maraqlarına uyğun kimi görünür"

"İranın rəsmi mövqeyi Azərbaycanın maraqlarına uyğun kimi görünür"


3-01-2025, 15:45
"İranın rəsmi mövqeyi Azərbaycanın maraqlarına uyğun kimi görünür"
"İran hökuməti həm Azərbaycanla münasibətlər qurmağa çalışır, həm də müxtəlif rəsmi və qeyri-rəsmi nümayəndələr vasitəsiylə Bakı və Ankaraya qarşı nifrətlərini ifadə edir".

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı "Cebheinfo.az"-a açıqlamasında deyib.

O bildirib ki, Tehran hakimiyyəti ikili siyasət aparır:

"Bir tərəfdən Azərbaycanla xoş münasibətlərin inkişaf etdirilməsində maraqlı olduqlarına dair açıqlama verirlər. Digər tərəfdən isə ölkəmiz əleyhinə bəyanatlar səsləndirirlər. Hansısa bölgənin rəsmisi məntiqsiz və cəfəng fikirlər söyləyir. Hərçənd ki, İranın rəsmi mövqeyi Azərbaycanın maraqlarına uyğun kimi görünür".

Partiya sədri vurğulayıb ki, İranda özbaşına heç nə baş vermir:

"Tehran hakimiyyəti Azərbaycana qarşı hansısa təbliğat kampaniyası aparmaları üçün özlərinin müəyyən səviyyəli məmurlarına və ya dini rəhbərlərinə göstəriş verir. Bir növ onları öz siyasətlərinin qurbanına çevirirlər.

Hazırda İranın daxilində ikitirəlik yaşanır. Belə ki, Məsud Pezeşkianın prezident seçilməsindən sonra bir tərəfdən Azərbaycanla münasibətləri normallaşdırmağa çalışırlar, digər tərəfdən isə köhnə vərdişlərindən və ideoloji niyyətinlərindən əl çəkmirlər. İran doktorinasına görə Azərbaycanı düşmən kimi görürlər. Siyasətlərini də buna əsasən qururlar".

Akif Nağı qeyd edib ki, İran anti-Azərbaycan siyasətindən geri çəkiləcək:

"Nəzərə almaq lazımdır ki, İranda həm Azərbaycan amili güclənir, həm də türklərin hərəkətı geniş vüsət alır.

Artıq açıq şəkildə Azərbaycan əhalisinin hüquqları, ana dili və təhsili ilə bağlı tələblər irəli sürülür. İran hakimiyyəti isə bütün bunlarla hesablaşmalıdır.

Eyni zamanda, Azərbaycan Respublikası da gündən-günə inkişaf edir. Rəsmi Bakı böyük dövlətlərin qarşısına öz mövqeyini ortaya qoya bilir. İran isə hələ də dünəndə qalıb, bu günə keçə bilmir.

Onlar ziddiyyətli dövr yaşayırlar. Buna baxmayaraq, İranın yaxın vaxtlarda Azərbaycana qarşı real və düşünülmüş siyasət yeritməyə başlayacağını düşünürəm. Çünki başqa variantları yoxdur".


Geri qayıt