Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Hacı Qurban vergi borcundan qurtula bilmir, 200 min AZN ödəsə də...

Hacı Qurban vergi borcundan qurtula bilmir, 200 min AZN ödəsə də...


31-12-2024, 09:02
Hacı Qurban vergi borcundan qurtula bilmir, 200 min AZN ödəsə də...
Tanınmış iş adamı Hacı Qurban rəhbərlik etdiyi "İlkin-N" MMC-nin külli miqdarda vergi borcundan 204 min AZN ödəyib.

Pravda.az-ın xəbərinə görə, bu qədər məbləğ ödənilsə də, borc bağlanmayıb. Şirkətin dövlətə 205 352 manat borcu var.

Xatırlatma: MMC-nin oktyabrın ayında vergi borcu 409 511 AZN olub.

Qeyd: “İlkin-N” MMC 17.10.1996-cı ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Salyan rayonunun Qarabağlı kəndində yerləşən MMC-nin nizamnamə kapitalı 7 097 472 AZN manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Abasov Qurban İsmayıl oğludur (Hacı Qurban kimi tanınır-red). MMC indiyədək dəyəri milyonlarla ölçülən tenderlərin qalibi olub.
Geri qayıt