Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Cahangir Hacıyevin səhhəti pisləşib
Cahangir Hacıyevin səhhəti pisləşibDünən, 11:53 |
13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş rəhbəri Cahangir Hacıyev səhhəti yenidən pisləşib. Sabiq bank rəhbərinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə almaq istəyi isə baş tutmur. Bu barədə onun vəkili Fəxrəddin Mehdiyev Gununsesi.info-ya deyib. Vəkilin sözlərinə görə, ölkənin ən pis şəraiti olan 13 Saylı Çəzaməkmə Müəssisəsində normal tibbi xidmət olmadığından müvəkkilinin oradan Müalicə Müəssisəsinə köçürülməsini istəyir: “Cahangir Hacıyev qalxanabənzər vəzin (Haşimoto sindromu) xroniki xəstəliyindən əziyyət çəkir. Xəstəliyi daha da şiddətlənib. Onda baş gicəllənmələri, sol qolun uyuşması, təngənəfəsilk, təzyiqin qeyri- stabilliyi, beyində oksigen çatışmamazlığı kimi fəsadlar yaranıb. Bu fəsadların aradan qaldırılması üçün ilk öncə müayinə lazımdır. Müayinənin nəticəsinə uyğun olaraq da dərmanlar təyin edilməlidir. Amma dəfələrlə müraciətimizə baxmayaraq Cahangir Hacıyev nə müayinə edilir, nə də tibb müəssisəsinə köçürülür. O, evdən mütəmadi dərmanlar alır. Amma müayinə olunmadan dərmanların qəbulu effekt vermir”. Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev 2015-ci ilin dekabrında həbs edilib, 2016-cı ilin oktyabrında 15 il azadlıqdan məhrum edilib. Daha sonra cəza 1,5 il artırılıb. Geri qayıt |