Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakıda kirayə mənzillər niyə bahalaşır?
Bakıda kirayə mənzillər niyə bahalaşır?Dünən, 11:02 |
Ötən ay Bakıda kirayə mənzillərin qiyməti 4 faizə qədər artıb. Bakının ətraf qəsəbələrində də kirayə qiymətlərində bahalaşma müşahidə edilməkdədir. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Bakıda kirayə mənzillərin qiyməti il ərzində bahalaşır. Onun sözlərinə görə, hazırda kirayə mənzil bazarında təkliflər məhduddur: “Təklif az olduğuna görə tələb daim yüksəkdir. Bundan əlavə, pilot layihələrin həyata keçirilməsi nəticəsində tələb artır. Ona görə də kirayə mənzil bazarında qiymətlər daim artır. Xüsusilə metroya yaxın, ictimai nəqliyyat və infrastrukturla yaxşı təmin olunan ərazilərdə daim qiymət artımı baş verir”. “Şəhər mərkəzində kirayə mənzillər daha məhduddur. Yəni şəhər mərkəzində köhnə ucuz evlərin azalması tendensiyası müşahidə olunur və bu davam edəcək. Pilot layihələr nəticəsində köhnə binalar, evlər sökülərək yerində yeni hündürmərtəbəli binalar tikilir ki, bu da qiymətlərin bahalaşmasına təsir göstərir”, - ekspert bildirib. Geri qayıt |