Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri
Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləriDünən, 15:05 |
Mərkəzi Bankın bu ilin noyabr ayının əvvəlinə olan sonuncu məlumatında göstərilir ki, Azərbaycanda fəaliyyət göstərən banklar üzrə əmanət fazilərinin orta dərəcəsi 4,28% olub. Yeniavaz.com xəbər verir ki, əmanət faizləri bu ilin əvvəlindən ötən dövr ərazində 0,60 faiz bəndi artıb. Belə ki, bu ilin əvvəlinə olan məlumata görə, banklarda əmanət fazilərinin orta dərəcəsi 3,68% olub. Əmanət fazilərindəki artım həm milli, həm də xarici valyutada yerləşdirilən əmanətlərdə qeydə alınıb. Milli valyutada yerləşdirilən əmanətlər üzrə orta faiz dərəcəsi 4,94%-dən 5,58%-ə, xarici valyutada yerləşdirilən əmanətlər üzrə orta faiz dərəcəsi isə 1,15%-dən 1,70%-ə yüksəlib. Müddətli əmanətlər üzrə orta faiz dərəcələri milli valyutada 9,26%-dən 9,54%-ə, xarici valyutada isə 2,08%-dən 2,83%-ə kimi artıb. Qeyd edək ki, Azərbaycanda qorunan əmanətlər üzrə maksimal faiz dərəcəsi 12%-ə bərabərdir. Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən milli valyutada təqdim edilən ən yüksək əmanət faizləri aşağıdakı kimi olub: Geri qayıt |