Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistanın hər üç eks-prezidenti Paşinyanla debatdan çəkindi...
Ermənistanın hər üç eks-prezidenti Paşinyanla debatdan çəkindi...Dünən, 10:13 |
Ermənistanın eks-prezidentləri: Levon Ter-Petrosyan, Xocalı caniləri Robert Köçəryan və Serj Sarkisyanın ofisləri Baş nazir Nikol Paşinyanın keçmiş prezidentləri Qarabağ mövzusunda debata dəvət etmək barədə bəyanatına cavab verib. Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" nəşri məlumat yayıb. "Müxtəlif dövrlərdə ölkə istibdadının sükanı arxasına keçən, indiki hökumət başçısını müxtəlif platformalardan Qarabağı təhvil verməkdə və ərazi itkilərində ittiham edən məmurlar canlı yayımda Baş nazirlə dediklərini ictimailəşdirmələri və ittihamlarını əsaslandırmalarına şərait yaradacaq debatdan imtina ediblər", - xəbərdə belə deyilir. Xəbər verildiyi kimi, bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş prezidentlərlə canlı debata hazır olduğunu bəyan edib. "Yaxşı ki, keçmiş prezidentlər Qarabağla bağlı danışıqlar prosesi ilə bağlı mənim postuma öz nümayəndələri vasitəsilə reaksiya veriblər. Ancaq mən nümayəndələrin arxasında gizlənmirəm, düşünürəm ki, onların da gizlənməməsi düzgün olardı. Mən keçmiş prezidentlərlə canlı diskussiya formatında dediklərimi əsaslandırmağa hazıram. Bu gün mənim postuma etiraz edən prezidentlərin cavabını gözləyirəm", - deyə baş nazir "Facebook"dakı yazısında bildirib. Geri qayıt |