Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Çərçivə sazişində bu öhdəliklər yer alacaq: İlkin şərt belədir

Çərçivə sazişində bu öhdəliklər yer alacaq: İlkin şərt belədir


Dünən, 09:46
Çərçivə sazişində bu öhdəliklər yer alacaq: İlkin şərt belədir
Azərbaycan heç kəsin barcarmadığı bir məsələni həll etməklə postsovet məkanında separatizmin kökünü kəsib. Bəzi dünya ölkələri belə bunu edə bilməyib. Ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan üçün bundan sonra heç bir hədəf yoxdur. Ona görə də, Ermənistanın silahlanması proseslərin axarını dəyişə bilməyəcək.

Bunu Teleqraf.com-a ReAl Partiyasının sədri, siyasi şərhçi Natiq Cəfərli deyib.

“Türkiyə ilə Müttəfiqlik Bəyannaməsinə malik olan Azərbaycan üçün bundan sonra Ermənistanın kimlər tərəfindən silahlandırılması heç bir əhəmiyət kəsb etmir. Rəsmi Bakı ümumiyyətlə Ermənistanda revanşizmin birdəfəlik yox olmasına çalışır”, - deyə o əlavə edib.

Partiya sədrinə görə, Ermənistanın silahlanması Azərbaycanın silah potensialının onda birinə belə çata bilməyəcək:

“Ona görə də, Ermənistanın silahlanması sülh müqaviləsinə hansısa maneələr yaradacağı ehtimalı yoxdur. Sadəcə olaraq rəsmi Bakı qarşılıqlı olaraq iddialardan imtina şərtini qoyub. Bu da Azərbaycanın böyük güzəştidir. Çünki təqribən 150 milyard dollara yaxın bir ziyandan söhbət gedir. Digər şərt isə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlıdır”.

Natiq Cəfərli hesab edir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan iddiaların ləğvi Bakının haqlı tələbidir:

“Bu, çərçivə sazişindən sonra öhdəlik kimi Ermənistanın üzərinə qoyula bilər. Sözsüz ki, indi hamı kimi Azərbaycan və erməni tərəfi də ABŞ-də Donald Trampın and içərək vəzifəsinə başlamasını gözləyir. Çünki Azərbaycan tərəfinin indiki ABŞ adminstrasiyasına güvəni yoxdur”.

Geri qayıt