Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır

Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır


Bu gün, 12:15
Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır
Bakıda Gürcüstan vətəndaşı Natiq Qasımovun Almaniyaya ekstradisiya olunması barədə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovin sədrliyi ilə keçirilən prosesdə Natiq Qasımovun Almaniyaya ekstradisiya olunması barədə sənədlər araşdırılıb.

Natiq Qasımov bildirib ki, əvvəl Polşada işləyib, sonra Macarıstan gəlib: "Macarıstanda məni aldatdılar, dedilər ki, 4 nəfəri Almaniyaya apar, səni maşınla təmin edəcəyik. Həmin 4 nəfər Türkiyə vətəndaşı idi. Onların qanunsuz keçdiyini bilməmişəm. Mənə 5 konum vermişdilər, 3-cü və 4-cü konumlarda sərnişinləri düşürdüm. 5-cidə məni tutdular.

Bir gün saxlayıb səhəri gün sərbəst buraxdılar. Polislər qatara mindirib məni yola saldılar. Almaniyanı tərk edib Polşaya gəldim. Sonradan bilmişəm ki, Almaniyada barəmdə cinayət işi açılıb".

Natiq Qasımov bildirib ki, hazırda mədə-bağırsaq xəstəliyindən əziyyət çəkir. Azərbaycanda daimi qeydiyyatda olmayıb, amma qohumları var.

Dövlət ittihamçısının "Almaniyaya ekstradisiya olunmaq istəyirsənmi" sualına təqsirləndirilən şəxs cavab verməyib. Deyib ki, bununla bağlı qohumları ilə məsləhətləşmək istəyir.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin ekstradisiya edilməsi məsələsinə baxılana kimi uzadılması barədə vəsatət verib. Məhkəmənin qərarına görə, həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Qeyd edək ki, Gürcüstan vətəndaşı Natiq Qasımovun barəsində Almaniya prokurorluğu qiyabi axtarış elan edib.


Geri qayıt