Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan gecikmiş etirafından peşmandır
Paşinyan gecikmiş etirafından peşmandırBu gün, 10:59 |
Ermənistanın baş naziri Nikol Paşinyan 1994-cü ildən, yəni atəşkəsdən sonra Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı danışıqlar prosesi aparıldığını bildirib. AzVision.az xəbər verir ki, danışıqlar prosesinin başqa məzmunu olmadığını deyən Paşinyan, Ermənistanda başqa məzmunlu diskussiyaların sırf daxili siyasi problemləri həll etmək üçün gündəmə gətirildiyini vurğulayıb. “Bu kontekstdə mən çox böyük səhv etdim. 2018-ci ildə danışıqların məzmunu ilə tanış olanda yuxarıdakıları özümə etiraf etmədim (bildiyiniz model - vətənpərvərliyim bunu etməyə imkan vermədi) və ona görə də bütün bunları xalqa izah etmədim”, - Ermənistanın baş naziri sosial şəbəkədə yazıb. Bununla belə, yenə də bəsit “vətənpərvərlik” hissinə qapılmış Nikol Paşinyan və onun komandası Azərbaycana qarşı ərazi iddialarının Ermənistan Konstitusiyasından çıxarılması tələbini müxtəlif bəhanələrlə uzatmaqla sülh müqaviləsinin imzalanmasını əngəlləyir. Belə gedişlə, bir müddət sonra onun bu məsələdə də gecikmiş etirafının şahidi olacağımız qaçılmazdır. Amma müdriklər “Sonrakı peşmançılıq fayda verməz” deyiblər. Uzun illər boyu Azərbaycanın ən sərfəli sülh təkliflərinə müsbət cavab verməyən Ermənistanın İkinci Qarabağ müharibəsindəki ölümcül məğlubiyyəti bunun əyani sübutudur. Geri qayıt |