Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı
Naxçıvanda vəzifəli şəxs cəzalandırıldıBu gün, 09:48 |
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin Təminat Mərkəzi mərkəzinin direktoru Elçin Rəfiyev Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətini məhkəməyə verib. Modern.az-ın əldə etdiyi məlumata görə, direktor xidmətin qərarından şikayət edib. Belə ki, Naxçıvan MR ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti direktor barədə İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddəsi ilə cərimələyib. Bundan sonra Elçin Rəfiyev qərardan şikayət edərək Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib. İşə hakim Gülnar Səfərəliyevanın sədrliyilə baxılacaq. Qeyd edək ki, protokol təsdiq edilərsə, direktor min beş yüz manat məbləğində cərimələnəcək. Geri qayıt |