Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi

Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi


Bu gün, 16:17
Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Asiman Hüseynov vəzifəsindən azad edilib.

Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müvafiq əmri ilə Asiman Hüseynov sözügedən vəzifəsindən azad olunaraq, başqa bir idarəyə təyinat alıb.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsinə Bəxtiyar Tağıyev gətirilib.

Qeyd edək ki, Bəxtiyar Tağıyev bundan əvvəl Bakı şəhər Regional Tikinti Müfəttişliyinin rəisi olub.

Xatırladaq ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdur.

Geri qayıt