Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İrəvan Azərbaycana silah satılmaması üçün hər şeyi etməlidir
İrəvan Azərbaycana silah satılmaması üçün hər şeyi etməlidirBu gün, 10:05 |
Ermənistan Azərbaycana silah satışının qarşısını almaq üçün hər cür səy göstərməlidir. Bizimyol.info xəbər verir ki, bunu parlamentdə “Mülki müqavilə” fraksiyasından olan deputat Andranik Köçəryan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin bəyanatını jurnalistlərə şərh edərkən deyib. Hikmət Hacıyev bir müddət əvvəl bildirib ki, xarici dövlətlərin Ermənistana silah satmasının qarşısını almaq üçün hər şey etmək lazımdır. “Biz də öz növbəmizdə Azərbaycana silah satılmasının qarşısını almaq üçün hər şeyi etməliyik”, - deyə ölkənin sərhəd xəttinin vəziyyəti və Azərbaycan silahlı qüvvələrinin "Ermənistan ərazisində olması" ilə bağlı suala Köçəryan cavab verərkən qeyd edib ki, bu müvəqqətidir. “Biz də bir vaxtlar başqa mövqelərdə idik, amma siz başa düşməlisiniz: bizim olan bizimdir, bizim olmayan bizim deyil”, - deyib. Köçəryanın fikrincə, diqqəti Silahlı Qüvvələrdə keyfiyyət dəyişikliklərinə yönəltmək, həmçinin cəmiyyətdəki əhval-ruhiyyəni dəyişməyə çalışmaq lazımdır, çünki daxili sabitlik olmadan xarici sabitlik də olmayacaq. Qeyd: deputat Köçəryanın bu ikibaşı cümləsi həm otuz il işğalda saxladıqları Qarabağla bağlı təhdid, həb də bütünlüklə Ermənistanın ərazisinin Azərbaycandan qoparılmasına işarədir. "Bizim olan bizimdir" deməklə erməni siyasətçi tanınmış Ermənistan ərazilərinin də qədim Azərbaycan torpaqları olduğuna işarə kimi səsləndirib. Onun Azərbaycana mane olmaq istəyinə gəlincə, bu məsələlər Ermənistanın boyundan böyük işlərdir. İrəvan böyük dövlətlərin maraqlarında hansısa, detal ola bilər, amma Azərbaycana silah satmaq istəyən aktorlara təsir edəcək gücdə deyil. Hə, bunu Fransa kimi sevgililərinin hesabına etmək istəyər, amma indi fransızlar ermənilərdən çox öz dərdlərini çarə axtarmaqdadırlar. Geri qayıt |