İqtisadçıdan həyacan təbili: .....                     Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... .....                     Elmar Məmmədyarov sülh prosesindən danışdı: .....                     “Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. .....                     Jurnalist Nurlan Libre saxlanılıb .....                     Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır? .....                     Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... .....                     Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir .....                     Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək .....                     “Ermənistana yeni Konstitusiya lazımdır” .....                     Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi .....                     Azerinanın kütləvi səfalanma seansları .....                     "BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı .....                     Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir .....                     Naxçıvanda 8 şirkət birləşdi .....                     Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi .....                     İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı .....                     Ermənistanda konstitusiya niyə dəyişdirilir? .....                     Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb .....                     İrəvan NƏ ETSİN? .....                     Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir .....                     XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib .....                     Bir gecədə 8 maşını və 6 evi yardılar .....                     Qeyri-sabit hava 4 gün davam edəcək .....                     Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur .....                     Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı .....                     Naxçıvanda 8 şirkət birləşir .....                     Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb .....                     Aİ liderləri Ukraynaya səfər edəcək .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Nübar Ərbil AzTV-dən getdi .....                     Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ .....                     Hakerlər kimlərdir? .....                     Baş Prokurorluqda YENİ TƏYİNATLAR .....                     “Bravo”ya silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib .....                     SOCAR-da MAAŞ MƏSƏLƏSİ VƏ..: Qəlizdir... .....                     Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür .....                     Ermənistanın yeni konstitusiyasının mətni gələn il parlament seçkilərinədək hazır olacaq .....                     Qazaxda icra başçısı sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub .....                     "Araz" supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan”nın qalibi olub .....                 

Soyan Əhməd, soyulan Məmməd: Bankın nə vecinə! - HƏQİQƏTƏN DƏ...
Tarix: 18-02-2025, 14:02 | Çap et
Soyan Əhməd, soyulan Məmməd: Bankın nə vecinə!
Nağdsız ödənişlər vergi ödənişlərində şəffaflığın təmin edilməsinin və maliyyə institutlarının sabitliyinin möhkəmləndirilməsinin mühüm tərkib hissələrindən biridir. Belə görünür ki, pulun saxlanması və ödənilməsinin rahatlığı, əksər pərakəndə satış məntəqələrinin POS-terminallarla təchiz edilməsi və bank kartları ilə ödəniş zamanı ƏDV-nin daha yüksək faizlə qaytarılması əhalini nağdsız ödənişlərə həvəsləndirməlidir.

Amma bu sahədə problemlərin sayının artması getdikcə daha çox vətəndaşı öz hesablarından pullarını mümkün qədər tez çıxarmağa məcbur edir. Və bütün bunlar ona görədir ki, əlindəki 5-10 manatının əlindən çıxmasını – oğurlanmasını istəmir.

“Kartla ödəniş nağd ödəmədən qat-qat rahatdır. Ancaq birincisi, hələ də onları qəbul etməyən çoxlu yerlər var. İkincisi, son vaxtlar insanların hesablarından pulun yoxa çıxması ilə bağlı xəbərlər getdikcə artmaqdadır. Ona görə də mən artıq kartda böyük məbləğ saxlamaq riskinə girmirəm: yalnız kommunal və xırda xərclərin ödənilməsinə sərf olunacaqları saxlayıram. Qalanını çıxarıram, bu, məni sakitləşdirir”, - deyə paytaxt sakini Tamilla Əliyeva AYNA-ya danışır.

Vətəndaşlar bank mobil əlavələrinin tez-tez işləməməsi, xidmət keyfiyyətinin aşağı düşməsi, həm kiçik, həm də böyük məbləğlərin silinməsi və sairdən şikayət edirlər. Əsas problemlərdən biri də kibercinayətkarlığın fəallaşmasıdır.

Daxili İşlər Nazirliyinin (DİN) statistik məlumatlarına görə, 2024-cü ildə xarici kiber müdaxilələr nəticəsində 16 804 dələduzluq faktı qeydə alınıb, vətəndaşların bank kartlarından 22,4 milyon manatdan çox pul oğurlanıb. Saxta keçidlər, alış-veriş saytlarında reklamlar, mobil telefonlara kiber müdaxilələr vasitəsilə külli miqdarda pul oğurlanıb.

Fırıldaqçılar özlərini tez-tez bank işçisi kimi təqdim edir və ya guya bankomatdan pul çıxarmağa kömək edir, beləliklə də onlara lazım olan məlumatları əldə edirlər. DİN-in məlumatına görə, hər bir hadisə ilə bağlı aparılan təhlil və araşdırmalar göstərir ki, kibercinayətlər fırıldaqçılar tərəfindən vətəndaşların bank kartlarından şəxsi məlumatların əldə edilməsi nəticəsində baş verib. Struktur əhalini ayıq-sayıq olmağa, tanış olmayan zənglərə cavab verməməyə, şübhəli keçidlərən daxil olmamağa çağırır. Bu arada, yuxarıda göstərilənlərin heç birini etmədiklərini və buna baxmayaraq fırıldaqçıların qurbanı olduqlarını iddia edənlər də az deyil.

İqtisadçı ekspert Rauf Qarayevin AYNA-ya dediyinə görə, öz “Facebook” səhifəsində vətəndaşların yerli banklara etibar edib-etməməsi ilə bağlı sorğu keçirib, nəticədə bir çox respondent mənfi cavab verib: “Banklara etibar edənlərin sayı azalmağa başlayıb. Bir çox insanlar ölkənin banklarına etibar etmir, daha doğrusu, onların lazımi səviyyədə təhlükəsizliyi təmin edə biləcəklərinə inanmırlar. Onların arasında banklarda işləyənlər var. Əksər bankların bununla bağlı ciddi problemləri var və söhbət təkcə kiçik banklardan deyil, həm də kapitalı bir milyard manatdan yuxarı olan iri banklardan gedir”.

“Sorğumuzda ən çox yayılmış ikinci narahatlıq bəzi bank işçilərinin müştəri məlumatlarını satması ilə bağlı narahatlıq olub. Üçüncü yerdə bank rəhbərliyinə inamsızlıq gəlir. Kiber fırıldaqçılıq həqiqətən bir nömrəli təhlükədir. Cinayətkarlar getdikcə daha ixtiraçı olurlar, bilirlər ki, insanlar artıq köhnə hiylələrə qapılmırlar. Onlar süni intellektin imkanlarından getdikcə daha çox istifadə edir, real insanların səsini yamsılamaq üçün xüsusi proqramlardan istifadə edirlər”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, adətən hesablarından oğurluqlarda insanlar özləri günahkar olurlar: “Media daim xəbərdarlıq edir ki, üçüncü tərəflərin bağlantılarına getməməlisən, özlərini bank işçisi kimi təqdim edərək hesab məlumatlarını istəyənlərə etibar etməməlisən, lakin çoxları hələ də inanır. Bununla belə, bəzi bank müştəriləri əmindirlər ki, hesablarında olan vəsaitlər barədə kimsə fırıldaqçılara məlumat verir. Bəzən bank işçiləri məlumatları üçüncü şəxslərə verə bilər, ona görə də banklar daxilində təhlükəsizlik səviyyəsini artırmaq və mövcud zəiflikləri aradan qaldırmaq lazımdır”.

“Bütün yerli bankların təhlükəsizliklə bağlı problemləri var, çünki hətta müəyyən edilmiş ödəniş limiti və kartın bloklanması kömək etmir. İnkişaf etmiş ölkələrdə müştərinin təqsiri olmadan vəsait oğurlanıbsa, ona qaytarılır. Burada nadir hallarda belə olur”, - deyə Qarayev vurğulayıb.

Əlavə edib ki, Azərbaycan bankları, demək olar ki, heç vaxt günahını etiraf etmir: “Əksər hallarda baş verənlərə görə özlərindən başqa kimisə günahlandırırlar. 99% hallarda lazımi araşdırmalar aparılmır və bununla bağlı bank hər hansı sanksiyalardan, cərimələrdən, reytinqlərin aşağı salınmasından qorxmur. Ölkədə bu sistem inkişaf etməyib, buna görə də məsuliyyətsizlik yaranıb. Amma nəticədə banklar vətəndaşların etibarını itirir və onlar öz vəsaitlərini tez bir zamanda nağdlaşdırmağa çalışırlar. Müştərilər adekvat təhlükəsizliyin olmaması ilə yanaşı, kredit faizlərinin yüksək olmasından, keyfiyyətsiz xidmətdən, müştərilərə lazımi hörmətin olmamasından şikayətlənirlər. Problemlərdən biri də odur ki, bir çox bankların rəhbərləri professionallığına görə deyil, şəxsi əlaqələrə görə seçilirlər”.

AYNA.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İqtisadçıdan həyacan təbili: - Qoz-fındıq məhsullarında qıtlaşma baş verir
Bu gün, 19:02
Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... - Putin “nüvə çemodanını” saxladığı yeri dərhal unudacaq
Bu gün, 19:00
Elmar Məmmədyarov sülh prosesindən danışdı: - Mən Nostradamus deyiləm...
Bu gün, 18:58
“Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. - TƏFƏRRÜAT
Bu gün, 18:03
Jurnalist Nurlan Libre saxlanılıb - MƏHKƏMƏ OLACAQ
Bu gün, 18:01
Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır?
Bu gün, 18:00
Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... - İLGİNC...
Bu gün, 17:55
Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir - Paris narahatdır
Bu gün, 17:54
Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək - QƏRAR
Bu gün, 17:50
“Ermənistana yeni Konstitusiya lazımdır” - Qalyan
Bu gün, 17:45
Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi – Kiyevə ağrılı xəbər
Bu gün, 17:40
Azerinanın kütləvi səfalanma seansları – “Tibbdə belə müalicə üsulu yoxdur”
Bu gün, 17:34
"BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı - AÇIQLANDI
Bu gün, 17:32
Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir - BİZ NEÇƏYƏ ALIRIQ, BƏS?..
Bu gün, 17:30
Naxçıvanda 8 şirkət birləşdi - ADLAR
Bu gün, 17:28
Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi - AZƏRBAYCANDA ŞOK!!!
Bu gün, 17:23
İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı
Bu gün, 17:22
Ermənistanda konstitusiya niyə dəyişdirilir? - GƏLİŞMƏ
Bu gün, 17:18
Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA
Bu gün, 17:17
İrəvan NƏ ETSİN? - AKTUAL
Bu gün, 17:15
Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir - FOTO
Bu gün, 17:10
XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib - DETALLAR
Bu gün, 17:07
Bir gecədə 8 maşını və 6 evi yardılar - Mütəşəkkil dəstə ƏLƏ KEÇDİ
Bu gün, 17:02
Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ
Bu gün, 16:58
Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:24
Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı
Bu gün, 16:22
Naxçıvanda 8 şirkət birləşir
Bu gün, 16:18
Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb - FƏRMAN
Bu gün, 16:16
Aİ liderləri Ukraynaya səfər edəcək
Bu gün, 16:15
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son qiymət
Bu gün, 16:12
Nübar Ərbil AzTV-dən getdi - FOTO
Bu gün, 16:09
Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ
Bu gün, 16:03
Hakerlər kimlərdir? – “Qara papaqlı” və “Ağ papaqlı”ların FƏRQİ
Bu gün, 15:52
Baş Prokurorluqda YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 15:43
“Bravo”ya silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib - TƏFƏRRÜAT
Bu gün, 15:36
SOCAR-da MAAŞ MƏSƏLƏSİ VƏ..: Qəlizdir... - İşçilər CANA DOYUB...
Bu gün, 15:35
Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür - MEDİA
Bu gün, 15:21
Ermənistanın yeni konstitusiyasının mətni gələn il parlament seçkilərinədək hazır olacaq
Bu gün, 15:12
Qazaxda icra başçısı sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub
Bu gün, 15:07
"Araz" supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan”nın qalibi olub
Bu gün, 15:06
Alıcılar “Kontakt Home”un məhsullarından da, servisindən də narazıdır - FOTO
Bu gün, 14:00
Stadion “Sabah” klubuna veriləndən sonra ona yaxın 9 mln. manatlıq şirkət yaradıldı
Bu gün, 13:58
Deputatlardan bələdiyyələrə SƏRT TƏNQİD: - “Törətdikləri cinayətlərə görə...”
Bu gün, 13:10
Sakinlər “Sədərək Yusif”ə məxsus olduğu bildirilən MTK-dan şikayət edir - “Bir neçə nəfər stress keçirib və ölüb”
Bu gün, 13:06
Şeyx Əbdül BSU-nun tələbəsi olan nəvəsinin təcrübəyə göndərilməməsindən şikayətləndi – Universitet aydınlıq gətirdi
Bu gün, 13:04
Dəniz piyada bölmələri ilə təlim keçirilib - VİDEO
Bu gün, 12:58
"Bu, məni çox həyəcanlandırır" - VİDEO
Bu gün, 12:56
“Hamısı gəlib qulağıma çatır” – Nanə kimə SÖZ ATDI?
Bu gün, 12:51
Lotu Quli ilə birgə ittiham olunmuşdu, məhkəməsi başlayır
Bu gün, 12:40
"Global" Media Qrupuna haker hücumu olub - HƏDƏ YOLLADILAR...
Bu gün, 12:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru